Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 02:32
Rubrikalar

Azərbaycan 2029-cu ilə qədər yalnız neftin ixracından 140 milyard dollar qazana bilər


Səs: Real audio
"Demokratiyanın qələbəsi Rusiyanın məğlubiyyəti kimi qəbul olunur" Qazaxıstan Xəzərdən çıxardığı nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac etməyi planlaşdırır. Em-Pi-Ey agentliyinin məlumatına görə, bu haqda bəyanatla ABŞ-ın Qazaxıstandakı səfiri Con Orduey çıxış edib. Onun sözlərinə görə, rəsmi Vaşinqton BTC kəməri ilə nəql ediləcək Qazaxıstan nefti üçün şərtləri hazırlayır. Rəsmi Astana isə hazırda ixrac üçün Rusiya ərazisini istifadə etsə də, bəyan edir ki, Qazaxıstan üçün alternativ neft marşrutları çox vacibdir. Hazırda İngiltərənin BP şirkəti başda olmaqla Bakı-Tbilisi-Ceyhan layihəsinin 11 payçısı var.



Azərbaycan 2029-cu ilə qədər yalnız neftin ixracından 140 milyard dollar qazana bilər. “Transparency Azerbaijan - Şəffaflıq Azərbaycan” təşkilatının idarə heyətinin sədri Sabit Bağırovun dediklərinə görə, aparılan hesablamalar neftin qiymətinin indikindən daha aşağı səviyyəsi üçün nəzərdə tutulub. Hazırda isə 1 barrel neftin dünya bazarlarındakı qiyməti 54 dollar yarımdı.



Martın 28-də Milli Bankdan aldığımız məlumata görə, 1 ABŞ dolları 4859, 1 rubl 175, 1 avro isə digər valyutalar kimi ucuzlaşıb və indi 6270 manatdır.
XS
SM
MD
LG