Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 20:25

Rasim Əkbərovun səhhəti ağırlaşıb


Səs: Real audio
"Demokratiyanın qələbəsi Rusiyanın məğlubiyyəti kimi qəbul olunur" Sabiq hərbi hissə komandiri Rasim Əkbərovun cəza çəkdiyi 1 saylı müəssisədə səhhəti ağırlaşıb.



O, hazırda ciddi həkim nəzarətindədir. Saxlandığı müəssisənin sanitar hissə rəisinin Rasim Əkbərovun vəkilinə ünvanladığı məktubda bildirilir ki, məhkum Rasim Əkbərov üzərində kəllə-beyin travmasının qalıq əlamətləri diaqnozu ilə cərrahiyə əməliyyatı keçirilib. Hazırda həkim nəzarətindədir.



Həkimlərin məlumatına görə, o, ürək ağrılarından və əsəb xəstəliklərindən də əziyyət çəkir. Bu haqda sabiq hərbi hissə komandirinin hüquqlarını müdafiə edən komitədən Eynulla Fətullayev məlumat verib.



Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirir ki, Avropa Şurasının təzyiqi ilə verilən son əfv fərmanında Rasim Əkbərovun da adının olacağına dair bəzi məlumatlar var idi. Çünki, Rasim Əkbərovun da adı siyasi məhbus siyahılarında Avropa Şurasına göndərilmişdi.



Səidə Qocamanlı deyir ki, Rasim Əkbərovdan başqa hələ xeyli sayda siyasi məhbus var və hüquq müdafiəçiləri onların hamısı azad olunana qədər mübarizə aparmalıdırlar.



Prezident Aparatı hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə deyir ki, Avropa Şurasının siyasi məhbus saydığı şəxslərin əksəriyyəti əfv olunub. O deyir ki, Avropa Şurasının azadlığa buraxmağı və ya işinə yenidən baxmağı təklif etdiyi bir neçə adam var ki, onlar qətl törədib, terror aktlarının təşkilatçıları və icraçılarıdırlar. Bunun üçün də azadlığa buraxılmaları və ya işlərinə təkrar məhkəmədə baxılması mümkün deyil.



Cənab Ələsgərov deyir ki, onların arasında narazı qalanlar varsa, İnsan Haqları üzrə Apellyasiya Məhkəməsinə müraciət edə bilərlər.



Rasim Əkbərova 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.



Ordu quruculuğu işində göstərdiyi xidmətlərə görə 1994-cü ildə “Azərbaycan bayrağı” ordeni, 2000-ci ilin əvvəllərində isə polkovnik rütbəsi alıb. Eyni ilin sonunda vətənə xəyanət, vəzifə səlahiyyətlərini aşma, qanunsuz silah saxlama və Cinayət Məcəlləsinin daha 10 maddəsi ilə müqəssir bilinərək 15 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG