Keçid linkləri

2024, 21 İyul, bazar, Bakı vaxtı 09:18

Barak Obama İranla münasibətlərdə «davamlı inkişafa» ümid edir


Amerika prezidenti Barak Obama ümid edir ki, İranla uzunmüddətli mübahisələrin həllində «davamlı inkişafa» nail olacaqlar. Amerika prezidenti Ağ Evdə keçirdiyi mətbuat konfransında belə deyib. Barak Obama deyib ki, İrandan nüvə proqramını dərhal dayandıracağını və beynəlxalq terrorizmə dərhal son qoyacağını gözləmir. Birləşmiş Ştatlar sadəcə bu məsələlərdə davamlı inkişafa ümid bəsləyirlər.

Ötən həftə Novruz bayramı ərəfəsində Barak Obama İran xalqına müraciət etmişdi, demişdi ki, ABŞ dialoqa hazırdır. Amerika prezidenti həmçinin Tehran hökumətini sülh diplomatiyasına qayıtmağa çağırmışdı.
XS
SM
MD
LG