İraqda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül kürd liderləri ilə danışıqlar aparıb. Prezident Gül dünən Bağdadda İraqdakı kürd muxtar hökumətinin baş naziri Neçirvan Barzani ilə görüşüb. Abdulla Gül Barzanini razı salıb ki, İraqın ərazisindən Türkiyəyə hücum edən kürd yaraqlılarına qarşı açıq mövqedə olsun.
Abdulla Gül son 33 ildə İraqa səfər edən ilk Türkiyə rəhbəridir. O, həmçinin kürd muxtar hökumətinin rəsmiləri ilə görüşən ilk Türkiyə prezidentidir.
Abdulla Gül son 33 ildə İraqa səfər edən ilk Türkiyə rəhbəridir. O, həmçinin kürd muxtar hökumətinin rəsmiləri ilə görüşən ilk Türkiyə prezidentidir.