Səs: Real audio
"Demokratiyanın qələbəsi Rusiyanın məğlubiyyəti kimi qəbul olunur" Martın 28-dən Təbriz—Bakı təyyarə reysi açılır. Hər həftənin birinci günü «Iran Air» aviaşirkətinin təyyarəsi Təbrizdən Bakıya və geriyə sərnişin daşıyacaq.
Şirkətin Bakı təmsilçiliyinin nümayəndəsi Anar Mənsurovun verdiyi məlumata görə, uçuş Hollandiya istehsalı 103 nəfərlik «Fokker-100» təyyarələri ilə olacaq.
Təyyarə yerli vaxtla 17.15-də Təbrizdən Bakıya uçacaq və həmin gün saat 19.00-da Bakıdan Təbrizə qayıdacaq. Bakıdan Təbrizə biletin qiyməti 116 dollar, ikitərəfli bilet isə 157 dollardır. 45 gün və üç ay keçərli biletlər satılacaq.
«Iran Air»-dən verilən məlumata görə, Bakı-Təbriz reysi Bakı-Tehran reysinin əvəzinə açılıb. Gələcəkdə ehtiyac yaranarsa, Bakı-Təbriz reysi ilə birlikdə Bakı-Tehran reysi də bərpa oluna bilər.