Səs: Real audio
“Yuşenko Orta Asiyada demokratiya tərəfdarıdır” Azərbaycan Umümdünya Ticarət Təşkilatının 190 sualına cavab verməlidir. İqtisadi İnkişaf nazirliyindən verilən məlumata əsasən, suallar Azərbaycandakı iqtisadi vəziyyətlə bağlıdır. Bu təşkilat üzvlüyə qəbul üçün Azərbaycandan ticarət rejimi, gömrük sistemi və beynəlxalq qanunvericiliyə uyğun dəyişiklər tələb edir. Rəsmi Bakı isə Ümümdünya Ticarət Təşkilatı ilə 2002-ci ildən üzvlüklə bağlı danışıqlar aparır. Bu ilin ortalarına qədər təşkilatla danışıqların üçüncü raunduna başlanacaq. Danışıqlar zamanı Azərbaycan höküməti Avropa Birliyi ölkələrilə qanunvericiliyin uyğunlaşdırılmasını müzakirə edəcək.
Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanla Bolqarıstan arasında investisiyaların qorunması haqqında saziş təsdiq olunub. Digər bir fərmanla, Almaniya ilə ikiqat vergitutma aradan qaldırılıb.
Dövlət Sosial Müdafiə Fondunun qeydiyyata alınmış sığortaverənlərin 31.5-ndən xəbərsizdir. Hesablama Palatasının fondda apardığı yoxlamaların nəticəsində bir çox qanun pozuntuları müəyyən olunub. Fond hətta bəzi sərəncamları yeruinə yetirməyib, buna görə də iri vergi ödəyicilərindən vəsaitlər toplanmayıb. “Azal” aviaşirkəti, “Abşerin Su”, Azərbaycan Dillər və Tibb universitetlərinindən fonda nəzərdə tutulandan az vəsait köçürülüb. Hesablama Palatasının gəldiyi qənaətə görə, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi, Qaradağ, Əzizbəyov, Xətai, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Suraxanı, Sabunçu və Səbail rayon şöbələrində daha çox qanun pozuntuları var.
Martın 24-də Milli Bankdan aldığımız məlumata görə, məzənnələrdə bu ayın əvvəlindən başlayan eniş son həftə daha da sürətlənib. İndi 1 dollar 2002-ci ilyununda olan səviyyəsinə düşüb yəni 4865 manatdır. 1 rubl 176, 1 avro isə 6317 manatdı.