Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 11:26

Mübariz Qurbanlı: prezidentin partiya sədri olması ilə bağlı Azərbaycan Konstututsiyasında heç bir qadağa yoxdur


Səs: Real audio
“Limondan limonad alınacağına zəmanət yoxdur” Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın qurultayında sədrin birinci müavini cənab İlham Əliyevin quruma sədr seçiləcəyinə əmin olduğunu deyir. O, əlavə edir ki, «İlham Əliyev dövlət idarəçiliyində Heydər Əliyev siyasətinin davamçısıdır. O bu fəaliyyətini partiyada da davam etdirəcək. Məsələnin qanuni tərəfinə gəlincə, Azərbaycan Konstututsiyasında bu barədə heç bir qadağa yoxdur».

Ona görə də prezidentin YAP-a sədr seçilməsi tamamilə qanuna uyğun bir hadisədir. Mübariz Qurbanlı belə deyir.

Politoloq Rasim Musabəyov isə deyir ki, partiya sədri məsələsi ilə bağlı müxtəlif ənənələr var. Elə ölkələr var ki, orada dövlət başçısı, yaxud da baş nazir eyni zamanda hakim partiyanın lideridir. Ancaq elə ölkələr də var ki, orada prezident seçilən şəxs özünün partiyada üzvlüyün donurur. Cənab Musabəyovun fikrincə hər iki variantın arxasında müəyyən məntiq dayanır. Ancaq cər halda Azərbaycanda hələlik prezidentin partiya sədri olması bu qanunla qadağan edilir. Yəni dövlət başçısı gərək partiya üzvlüyün dondursun.

«Turan» İnformasiya Agentliyinin siyasi şərhçisi Zəfər Quliyevin fikrincə isə dövlət başçısının partiya sədri olması təkcə məntiqə yox həm də prezident İlham Əliyevin çıxışlarına da ziddir. O deyir ki, «həm prezident seçkilərəi ərəfəsində, həm də seçkilərdən sonra İlham Əliyev dəfələrlə Azərbaycanın hər bir vətəndaşının prezidenti olmaq istədiyini bəyan edib. Əgər indii o partiya sədri seçilsə hamıya - o cümlədən də digər partiyalara eyni münasibət bəsləyə bilməyəcək».

Qurultay zamanı YAP daxili mübarizənin qızışacağı məsələsi barədə səslənən fikirlərə gəlincə, Mübariz Qurbanlı deyir ki, «YAP daxilində hansısa qruplaşmaların, fikir ayrılığının olması barədə deyilənlər əsassız söz - söhbətdən başqa bir şey deyil. Yarandığı gündən indiyə qədər bu partiyanın daxilində heç bir ziddiyyət yoxdur və ola da bilməz».

Rasim Musabəyov isə YAP-ın qurultayında partiyadaxili qruplar arasında mövqe mübarizəsi gedəcəyini istisna eləmir. O deyir ki, bir çox partiyalarda daxili mübarizə olub və olacaq. Əslində bu mübarizə normal haldır. əsas odur ki, həmin qruplar mübarizə zamanı başqa vasitələrə əl atmasınlar».

Zəfər Quliyev isə deyir ki, qurultay ərəfəsində partiyadaxili mübarizə də güclənir. Bir tərəfədən partiyada əsas mövqeləri tutmaq üçün bəzi qruplar arasında mübarizə gedir. Digər tərəfdən də gələcək parlamentdə, hətta hakimiyyətdə təmsilçiliyi gücləndirmək üçün partiya özü bir vasitədir. Cənab Quliyevin fikrincə, 1999-cu ildən başlayaraq YAP daxilində köhnə qüvvələrlə yeni qüvvələr- islahatsılar arasında mübarizə gedir. Qurultayda isə bu mübarizə daha da güclənə bilər. Vu məsələdə də prezident seçim qarşısındadır. Əgər o islahatçılara üstünlük versə, parlementdə iqtidarın təmsilçiləri bu qanaddan olacaq. Bu baxımdan, YAP-ın qurultayını müşahidə etmək maraqlıdır:

« Siyasi məhbusların buraxılmasına hakimiyyət daxilində razı olmayanlar da var idi. ancaq prezident bu məsələdə öz sözünü dedi və onları əfv etdi. Bir sıra məsələlərdə o artıq islahatlar aparıb. Əgər digər məsələlərdə də prezident islahatları davam etdirsə, bu özü müsbət hal olacaq». Zəfər Quliyev belə deyir və əlavə edir ki, bu qurultayın parlament seçkiləri ərəfəsində baş tutması təkcə sədr seçmək məsələsi deyil. Bu həm də parlament seçkilərinə hazırlıqdır.
XS
SM
MD
LG