Səs: Real audio
“Limondan limonad alınacağına zəmanət yoxdur” Rəsmi Bakı Faktaraşdırıcı Missiyanın hesabatını qənaətbəxş sayır. Bunu «525-ci qəzet» yazır. Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib ki, işğal davam etdikcə, məskunlaşma məsələsinin həlli mümkün olmayacaq.
«Azadlıq» qəzeti yazır ki, indi cinayətkar yuvası olduğu aşkarlanan “Qarabulaq” istirahət mərkəzində 2003—cü ilin prezident seçkiləri ərəfəsində İlham Əliyevin təbliğatı üçün tanınan müğənnilər konsert veriblər. Cinayətkar qrupun başçısı olduğu bildirilən Hacı Məmmədov isə həmin ildə prezidentin şərəfinə çəkilən ən bahalı klipə sponsorluq edib.
Keçmiş briqada komandiri, hazırda həbsdə olan polkovnik Rasim Ələkbərovun həyatı üçün təhlükə yaranıb. Bu barədə «Bakı Xəbər»in məlumatında bildirilir ki, yüksək vəzifəli şəxslər ona məxsus qiymətli əşyaları mənimsədikləri üçün bu aksiyanı planlaşdırıblar.
«Ermənilər danışıqlar prosesinə mane olmaq istəyir». «Yeni Azərbaycan» qəzeti yazır ki, buna görə Azərbaycan hər an hərbi mübarizəyə hazır olmalıdır.
«MTN Hacı Məmmədovun dəstəsi ilə bağlı yeni faktlar aşkar edib». «Xalq Cəbhəsi» qəzeti yazır ki, onların 5 il əvvəl qətlə yetirdikləri daha iki nəfərin cəsədinin qalıqları tapılıb.
«Azərbaycan» qəzetindəki «1905-ci ildə Gəncədə nələr olub?» başlıqlı məqalədə həmin ilin mart ayının 31-də Gəncə şəhərində baş verən soyqırım haqqında ətraflı məlumatlar yer alır.
ABŞ-ın Kubadakı hərbi bazasında Əfqanıstan müharibəsində amerikanlara qarşı əfqanlarla birgə vuruşan azərbaycanlının məhkəməsi keçirilir. Bu barədə ətraflı «Exo» qəzeti yazır.
Gürcülər vaxtilə ermənilər tərəfindən alınan kilsələrini geri qaytarıblar. 15-ci əsrə aid olan abidə ermənilərə veriləndən sonra uzun illər Noraşen kilsəsi adını daşıyıb. Daha ətraflı «Ayna» qəzeti yazır.