Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:37

Təbriz Ekspresdə bu həftə: <br>-Azərbaycan dilində iki yeni TV kanalı;<br>- Brenda Şefferin İran Azərbaycanı haqqındaki kitabının icmalı


Səs: Real audio
“Limondan limonad alınacağına zəmanət yoxdur” --“Qardian”



Hazırda ABŞ-ın Kubadakı Quantanamo bazasında saxlanan 545 məhbusdan biri azərbaycanlıdır.



Çərşənbə axşamı o, məhkəmə dinləmələrində iştirakdan imtina edib və özünün iştirakı olmadan işinə baxılıb.



Adı açıqlanmayan 29 yaşlı azərbaycanlı Talibana qatılmaq məqsədilə Əfqanıstana gəlməkdə və hərbi qruplaşmanın qida təchizatını qorumaqda ittiham olunur. Onun həmçinin, Əfqanıstanda “əl—Qaidə”nin düşərgəsində təlim keçdiyi bildirilir.



Müttəhim isə öz açıqlamasında müstəntiqləri “görmədiyi işi boynuna atmaqda” günahlandırıb.



“Mən Talibanı axtarmamışam, amerikalılara qarşı vuruşmamışam” deyən azərbaycanlı məhbusun sözlərinə görə, o, Əfqanıstana Quran və ərəb dilini öyrənmək üçün gəlibmiş.



--“Faynenşl Tayms”



“Rusiya, Çin və Birləşmiş Ştatlar Qırğızıstandakı hadisələrə qarışmamalıdır”.



Qırğızıstan kiçik və kasıb ölkədir, amma onun geosiyasi mövqeyi olduqca əlverişlidir. Onun ərazisində həm Amerika, həm də Rusiya hərbi bazaları vardır. Hər iki ölkə getdikcə xaosu xatırladan vəziyyətə qarışmağa cəhd edə bilər.



Əsgər Akayev Orta Asiya liderlərindən ən yumşağı və liberal düşüncəlisi hesab olunur. Qonşu Özbəkistanda həmkarı İslam Kərimovla müqayisədə Akayev müxalifətə daha dözümlüdür. Amma son illər o, getdikcə avtoritarlaşır və keçən parlament seçkiləri ATƏT müşahidəçilərinin tənqidinə məruz qalıb.



Akayev seçkilər zamanı pozuntuları etiraf etməli və açıq saxtakarlığın olduğu dairələrdə təkrar səsvermə keçirməlidir.



Payızda onun prezidentlik müddəti başa çatır. Onun öz ölkəsi üçün ən böyük yaxşılığı hakimiyyəti dinc üsulla başqasına ötürməsi, ədalətli prezident seçkisinin keçirilməsi olardı.



Bu vəziyyətdə Moskva, Vaşinqton və Pekinin edə biləcəyi yaxşılıq isə hadisələrin gedişinə qarışmamaq və onun nəticələrini qəbul etməkdir. Heç kəsə yeni qlobal qarşıdurma gərək deyil.



--“Uolt Strit Cournal”



Qırğızıstan prezidenti üçün vaxt sürətlə keçir və o, artıq bitməkdədir. Müxalifət ölkənin cənubunu zəbt edib. Ölkəni vətəndaş müharibəsi və qantökmədən xilas etmək üçün Akayev cəld tərpənməli, Qərb isə ona kömək etməlidir.



Qırğızlar bunu “limon inqilabı” adalandırırlar. “Amma heç bir təminat yoxdur ki, onlarda bu limonlardan limonad alınacaq”.



Əgər müxalifət etirazçılar üzərində nəzarəti itirərsə, çox ola bilsin ki, Rusiya və hətta Qərb ölkələriylə beynəlxalq qurumlar Akayevin tərəfini tutacaqlar. Çünki, davam edən xaosda o, pis variantlar içərisində ən yaxşısıdır.



Faciəvi nəticədən qaçmaq üçün Qırğızıstanın qonşuları, eləcə də ABŞ, Avropa Birliyi, ATƏT və BMT Akayev və müxalifəti vaxt varkən bugünkü böhranın qansız həllini tapmağa vadar etməlidir.



--“Boston Qlob”



Gənc ukraynalıların rolundan həvəslənən Peterburq tələbələri Rusiyada hakimiyyət dəyişikliyi perspektivinin müzakirəsi üçün İnternet—çatlardan istifadə edirlər.



Onların artıq “Putinsiz irəliləyənlər” təşkilatı və öz saytları var. Elə təkcə bu, həmin gənclərin təhlükə kimi qəbul edilməsi üçün kifayət idi.



Son mitinq zamanı Peterburq milisi çevrilişə təhrikçilik ittihamı ilə “Putinsiz irəliləyənlər”in üzvü olan bir neçə tələbəni həbs edib. Qurumun saytı xakerlərin hücumuna məruz qalıb.



Onun təsisçisi olan Mixail Obozov deyir ki, “hökumət cürbəcür manelər törədir. Gənclərə xəbərdarlıq edir”.
XS
SM
MD
LG