Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

Azərbaycan siyasi məhbuslardan başqa daha hansı öhdəliklər yerinə yetirməlidir?


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Əslində bir çoxları hesab edir ki, heç siyasi məhbuslarla bağlı da öhdəlik tam yerinə yetirilməyib. Avropa Şurası qarşısında götrülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı yaradılan İctimai Monitorinq Komissiyasının üzvü İntiqam Əliyev deyir ki, sözü gedən qurumun siyahısında olan şəxslərdən əksəriyyəti sonuncu əfv fərmanıyla azadlığa buraxılsa da siyasi məhbus problemini doğuran səbəblər hələ aradan qaldırılmayıb. Onun sözlərinə görə, nə qədər ki, Azərbaycanda seçkilər demokratik keçirilmir, vətəndaşların birləşmək, sərbəst toplaşmaq azadlığı təmin edilmir və nəhayət məhkəmələr müstəqil deyil yeni-yeni siyahılar meydana çıxa bilər.

Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qulamhüseyn Əlibəylinin sözlərinə görə, isə 3 mühüm məsələ var ki, onları da yerinə yetirilməyən öhdəliklər sırasına aid etmək olar:

-Birincisi seçkilərin demokratik keçirilməsidir, ikincisi sərbəst toplaşmaq azadlığının təmin edilməsidir, üçüncüsü isə İctimai Televiziyanın fəaliyyətə başlamasıdır.

Qulamhüseyn Əlibəyli deyir ki, sərbəst toplaşmaq azadlığıyla bağlı məsələ öhdəliklərin əks edildiyi 222 saylı sənəddə öz əksini tapmasa da sonradan öhdəliklər sırasına əlavə edilib. Bu öhdəliklərdən isə onlar xüsusilə seçkilərin demokratik keçirilməsiylə bağlı məsələnin üzərində dayanırlar. Qulamhüseyn Əlibəyli bildirir ki, nə Seçki Məcəlləsi öhdəlikdə qeyd edildiyi kimi ölkədəki başlıca siyasi qüvvələrin mənafeyinə cavab verir, nə də seçkilərin demokratik keçirilməsi üçün şərait bütünlükdə yaxşılaşdırılıb. AŞPA-da Azərbaycan nümayəndə heyətinin başqa bir üzvü Gültəkin Hacıyeva isə qeyd edir ki, Seçki Məcəlləsi hazırlanarkən Venesiya komissiyasının bir sıra tövsiyələri nəzərə alınıb. Ancaq ötən il Venesiya komissiyası ilə ATƏT-in Demokartik Təssisatlar və İnsan Haqları Bürosu əlavə tövsüyələrlə çıxış ediblər. Gültəkin Hacıyeva ümid edir ki, yaxın vaxtlarda o tövsüyələrdən də bir sıra müddəlar Seçki Məcəlləsində öz əksini tapacaq.

Gültəkin Hacıyeva etiraf edir ki, ölkədə demokratikləşmə prosesi arzu edilən sürətlə getmir. Ancaq onun sözlərinə görə, bu ləngliyin başlıca səbəbi cəmiyyətin siyasi səviyyəsinin o qədər də yüksək olmamasıdır:

-Mən ümumilikdə cəmiyyət dedikdə hökmət, dövlət məmurlarını da bura aid edirəm. Bir sıra hakimlər, icra orqanlarının üzvləri də bəzən öz üzərlərinə düşən vəzifələri anlamırlar…



Gültəkin Hacıyeva bununla belə qeyd edir ki, prezident İlham Əliyev Azərbaycanda hamıdan çox demokratik islahatların aparılmasında maraqlıdır. Qulamhüseyn Əlibəyli isə hesab edir ki, prezidenti hakimiyyətin digər üzvlərindən ayırmağa bir elə ehtiyac yoxdur. O, fikirlərinin təsdiqi üçün sonuncu əfv fərmanını misal göstərir. Onun sözlərinə görə, hakimiyyətin bəzi üzvləri seçki məhbuslarının əfv edilməsində maraqlı olmayıblar. Ancaq prezident necə ki bəzi hakimiyyət üzvlərinin istəyinin əlehinə gedərək seçki məhbuslarını azad etdi, başqa məsələlərdə də iradə nümayiş etdirə bilər. Qulamhüseyn Əlibəylinin sözlərinə görə, məhz dövlət başçısı yetərli siyasi iradə nümayiş etdirə bilmədiyindən Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri hələ ki, tam yerinə yetirə bilməyib.
XS
SM
MD
LG