Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:32
Rubrikalar

Azərbaycanda MDB-nin ən böyük yük terminalı tikilib


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Azərbaycanda MDB-nin ən böyük yük terminalı tikilib. Binə hava limanında qurulan terminal Avropanın 10 ən iri terminallarından biri olacaq. Terminalın açılışında Azal – Azərbaycan Hava yolları şirkətinin başçısı Cahangir Əsgərov burada 250 nəfərin işləyəcəyini deyib. Onun sözlərinə görə, bundan sonra Binə hava limanında dünyanın ən böyük təyyarələrinə xidmət göstərmək imkanı yaranıb.

Dünya üzrə hava yükdaşımaların artımının cəmi 8 faiz olmasına baxmayaraq Heydər Əliyev adına Binə hava limanında bu göstərici 25 faizə yaxındır. Yeni terminalın işə düşməsindən sonra əvvəlkindən 5 dəfə çox – ildə 100 min ton yükü göndərmək və qəbul etmək mümkün olacaq.



Azərbaycanda çirkli pulların yuyulması səviyyəsini düzgün müəyyənləşdirmək mümkün deyil. Bu haqda ABŞ Dövlət Departamentinin narkotik alverilə əlaqədar pulların yuyulması və maliyyə cinayətkarlığına dair hesabatında deyilir. Hesabatda ayrı-ayrı şəxslərə aid olan “cib bankları” adlandırılan bankların sayının çox olduğu, buna görə maliyyə cianayətkarlığının real göstəricisini müəyyənləşdirməkdə çətinlik yarandığı deyilir. Dövlət Departamentinin hesabatında, kiçik bank sektoruna malik olduğuna görə, Azərbaycanın adı çirkli pulların yuyulması üçün iri mərkəz kimi qeyd olunmur.



Martın 23-də Milli Bankın yaydığı məlumata əsasən, 1 dollar 4867, 1 rubl 176, 1 avro isə 6365 manatdır.
XS
SM
MD
LG