Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:17

«Bizi demokrat olmağa məcbur edirlər»


Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı öhdəliklər məsələsi müzakirə olunmayacaq. Bu mövzu gündəlikdən çıxarılıb. Bu haqda «Yeni Azərbaycan» qəzetinə açıqlamasında təşkilatda Azərbaycandan olan nümayəndə heyətinə rəhbərlik edən Səməd Seyidov deyib.



«525-ci qəzet» yazır ki, ABŞ və ATƏT əfv fərmanını müsbət qiymətləndirir. Qəzet hesab edir ki, fərman ölkədə siyasi dialoqun inkişafı üçün mühüm addım kimi dəyərləndirilə bilər.



«Azadlıq» qəzeti keçmiş "seçki məhbusları"nın açıqlamalarına əsasən yazır ki, onlar son ana qədər indiki hökumətlə mübarizə aparacaqlarını deyirlər.



Televiziya sahəsi üzrə mütəxəssis Rafiq Hüseynli «Xalq Cəbhəsi» qəzetinə müsahibəsində deyib ki, İctimai Televiziya onsuz da siyasiləşəcək. O, «Yayım Şurasında molla varsa, istər istəməz baş direktora deyəcək ki, müğənnilər açıq-saçıq geyinməməlidir» deyib.



“Azərbaycan narkotiklərin tranzit ölkəsidir”. «Bakı Xəbər» bu haqda yazır ki, ABŞ Dövlət Departamentinin hesabatlarına görə, korrupsiya və sərhəd qoşunlarının hazırlıqsızlığı Azərbaycanı narkotik alverçiləri üçün münbit zonaya çevirib.



«Yeni Müsavat» qəzeti «Mübarizə davam edir» məqaləsində yazır ki, azadlığa çıxan müxalifət fəalları mövqelərində daha qətiyyətli olacaqlarını bəyan edirlər.



«Təzə ailələr üçun mənzil». «Exo» qəzeti yazır ki, yeni ailə quranların mənzil problemini həll etmək üçün gənclər proqramı Azərbaycan prezidentinə təqdim olunub.



«NATO Qəbələ RLS üçün optimal variant hazırlayır». «Ayna» qəzeti yazır ki, amerikalı general Çarlz Uoldun Azərbaycan səfərində bu və BTC-nin təhlükəsizliyi məsələsi müzakirə ediləcək.



Gürcüstan azərbaycanlılarının «Qeyrət» Xalq Hərəkatının sədri Əlibala Əsgərova istinadən «Üç nöqtə» qəzeti yazır ki, prezident Saakaşvili Novruz bayramında Borçalıya gəlməyib.



«Bizi demokrat olmağa məcbur edirlər». «Zerkalo» qəzeti yazır ki, Qərb demokratikləşmə dərsləri keçməyə başlamamış bu prosesi Azərbaycan özü başlasa yaxşıdır.
XS
SM
MD
LG