Səs: Real audio
“Bişkekə doğru irəliləmək müxalifət üçün asan olmayacaq” Prezidentin Novruz bayramı münasibətilə verdiyi əfv fərmanından sonra da 50-dən çox siyasi məhbus qalıb.
Demokratiyanın İnkişafı və İnsan Hüquqlarını Müdafiə Fondunun həmsədri Murad Sadəddinov bu fərmanla siyasi məhbus hesab etdikləri şəxslərdən 53 nəfərin azad olunduğunu, amma bir o qədərinin də hələ məhbəsdə qaldığını deyir. O, bunu siyasi məhbuslar siyahısına yeni əlavələrlə izah etdi.
Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə də son fərmanla “siyasi məhbus” probleminin qapanmadığı bildirdi.
Onun sözlərinə görə, hətta bütün siyasi məhbuslar azad edilsələr də, haqqında axtarış elan edilən potensial siyasi məhbuslar qaldıqca, bu problem qapanmayacaq. Bu üzdən Çingiz Qənizadə konkret nə qədər siyasi məhbus olduğunu dəqiqləşdirməkdə davam edəcəklərini bildirdi.
İnsan Haqlarını Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov isə məhbəsdə qalan siyasi məhbus sayının 134 olduğunu bildirdi.
“44 nəfər Avropa Şurasının tanıdığı 716 nəfərlik siyahıdan qalıb, 90 nəfər isə Avropa Şurasına üzv olandan sonra əlavə edilib”.
Eldar Zeynalov sonradan əlavə edilən 90 nəfərin arasında Çeçenistanda vuruşmağa çalışmaq ittihamıyla həbs edilən 2 dəstənin də olduğunu bildirdi.
Müsavat partiyası başqanının müavini Vurğun Əyyub isə prezidentin əfv fərmanından sonra 15-16 oktyabr hadisələriylə bağlı həbs edilənlərin də hamısının azad olunmadığını bildirir. O deyir ki, məhkəmə prosesləri zamanı vəkillik etmiş şəxslərlə aparılan dəqiqləşdirmədən sonra 3 nəfər “oktyabr məhbusu”nun azad edilmədiyi müəyyənləşdirilib.
Martın 20-də Azərbaycan prezidenti İlham Əliyev 114 nəfəri əfv etmək haqda fərman imzalayıb. Rəsmilər bu fərmanla bütün “oktyabr məhbusları”nın azadlığa buraxıldığını bildirirlər.