Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:59

Qış sessiyasının sərgüzəştləri


«Bir-iki dəfə konspekt hazırlamışam, amma nədənsə elə bil üzümdə yazılıb ki, məndə nəsə var köçürməyə, gəlib qaldırıblar, əlimdən alıblar. Odur-budur, daha köçürməyə cəhd eləmirəm».

BDU-un tələbəsi Vüsalə Ağayeva «14-24»də qış sessiyasının müzakirəsi zamanı belə deyib. Onun sözlərinə görə, monitorinq olmayanda köçürmə halları olurdu:

«Hər bir tələbə istər-istəməz konspekt hazırlayır, vaxt tapıb ona baxır. Nəzarət keçən il vardı. O imtahanda bir nəfər bir konspektdən istifadə edə bilmədi. 3-4 nəfər nəzarətçi vardı, tam ciddi idi hər şey. Amma psixoloji olaraq təsir edirdi insana. Ağlayırdıq. Kimisə çıxardırdılar, imtahan kağızını əlindən alırdılar. Belə bir dəhşət görməmişdik».

Vüsalə hesab edir ki, nəzarətçilər tələbələrlə qəsdən kobud davranırlar:

«Girir içəri, çantaların hərəsini bir tərəfə atır, başlayır telefonları yığmağa, kobud rəftar edirlər. Onda istər-istəməz bildiyimiz də yaddan çıxır. Tələbəni imtahandan kənarlaşdırmaq üçün üç xəbərdarlıq etməlisən. Amma bizdə heç bir xəbərdarlıq edilmədən iki tələbə yoldaşımızı imtahan zalından çıxartılar. Həmin uşqlar da kəsildilər».

İqtisad Universitetinin tələbəsi Samir Cəfərzadə həmsöhbəti Vüsalənin nəzarətçilərlə bağlı dediklərini təsdiqləyir:

«Bizdə isə həmin nəzarətçilərə birbaşa tapşırılır ki, filan tələbələrə imtahan vaxtı yaxınlaşmayın. Elə olur ki, tələbə imtahana girmir, amma qiymətini alır. Məsələn, ayın 21-də imtahanda 20 nəfər olmalıydı, amma 15 nəfər gəlmişdi».

Tələbələrin imtahan sərgüzəştlərinin davamından xəbərdar olmaq üçün verilişi dinləyə bilərsiniz.

Buna da bax:

XS
SM
MD
LG