Keçid linkləri

2017, 26 Fevral, bazar, Bakı vaxtı 05:10

«Makedoniyadakı seçkilər beynəlxalq standartların bir çoxuna cavab verib»


Avropadan olan müşahidəçilər deyirlər ki, Makedoniyada keçirilən prezident seçkilərinin birinci mərhələsi beynəlxalq standartların bir çoxuna cavab verib.

ATƏT bildirib ki, martın 22-i keçirilən seçkilər yaxşı təşkil olunmuş və keçən ilin parlament seçkilərindəki kimi zorakılıq halları qeydə alınmayıb. Lakin qurum bildirib ki, bununla belə bir sıra «prosedural qayda pozuntuları» qeydə alınıb və səs sayma prosesi o qədər də «müsbət qiymət» almayıb.

Makedoniyada prezident seçkilərinin birinci mərhələsində hakim partiyadan olan Qiorqi İvanov 35 faiz səslə irəlidə olub. Lakin bununla belə qalib gəlmək üçün lazım olan səslərin əlli faizdən çoxunu yığmayıb.

Prezident seçkilərinin ikini mərhələsi aprelin 5-i keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG