Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:23

Kəşmirdə davam edən qarşıdurmada daha 5 yaraqlı öldürülüb


Hindistanın idarəsində olan Kəşmirdə artıq beşinci gündür ki, təhlükəsizlik qüvvələri və yaraqlılar arasında qarşıdurma davam edir. Qarşıdurmada 5 islam yaraqlısı və 4 hərbiçi həlak olub. Müdafiə nazirliyinin nümayəndələri bəyan ediblər ki, ümumilikdə 10 yaraqlı öldürülüb.

Yaraqlıları kimliyi məlum deyil. Güman olunur ki, onlar Kəşmirin Pakistan yurisdiksiyanda olan ərazisindən gəliblər.

Mübahisəli Kəşmir regionu iki hissəyə ayrılıb. Bir hissəsi Hindistana, digəri isə Pakistana aiddir.
XS
SM
MD
LG