Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58
Rubrikalar

Azərbaycan nefti öz tarixində ən baha qiymətə satıldı


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Martın 21-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə aparıcı iqtisadçısı Kristian Petersonun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək. Bankın Bakı nümayəndəliyindən verilən məlumata görə, onlar «Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı»na kredit verilməsi üzrə danışıqların aparacaqlar. Danışıqlar başa çatandan sonra layihə təsdiq olunmaq üçün bankın Direktorlar Şurasına təqdim olunacaq. Əgər proseslər nəzərdə tutulan qrafiklə getsə, 20 milyon dollar həcmində ilk kredit tranşı aprelin əvvəllərində ayrıla bilər. Ümumilikdə isə Dünya Bankı proqramın icrasına hər biri 20 milyon dollar olmaqla 3 tranşda 60 milyon dollar ayırmağı nəzərdə tutur.



Dünya bazarlarında Azərbaycan neftinin qiyməti 55 dolları keçdi. Bu, indiyə qədər Bakı neftinin tarixində qeydə alınan ən yüksək qiymət göstəricisidir. Martın 18-nə olan məlumata görə, Azərbaycanın «Azeri light» və «Ural» markalı neftinin satış qiymətləri orta hesabla 1,3 faiz artıb. Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, «Azeri light» markalı neftin bir barreli 55 dollar yarım, «Ural» markalı neftin bir barreli isə 48 dollar yarımdır.



Martın 17-18-i Pekində prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Çin biznes forumu keçirilib. Forumun işində Azərbaycandan 50, Çindən isə 300-dən çox sahibkar iştirak edib. İlham Əliyev Çin iş adamlarını Azərbaycan iqtisadiyyatına investisiyalar qoymağa çağırıb. Onun sözlərinə görə, Azərbaycan bazar iqtisadiyyatının prinsiplərinə sadiqdir və iqtisadi islahatlar aparır, xarici investisiyaları müdafiə edən qanunlar qəbul edir. Forumda iştirak edən Çin sahibkarları Azərbaycanla nəinki karbohidrogen ehtiyatlarının mənimsənilməsi sahəsində, həm də maşınqayırma, tikinti materiallarının istehsalı, yüngül və toxuculuq sənayesi sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiribləər. Biznes forumunun yekunlarına əsasən, Çin və Azərbaycan şirkətləri arasında Azərbaycanda layihələrin gerçəkləşdirilməsiylə bağlı 20-yə yaxın saziş imzalanıb.



Və sonda valyuta məzənnələri. Martın 18-nə olan məlumata görə, Milli Bankda 1 dollar 4870, 1 avro 6510, 1 rubl isə 177 manatdır.
XS
SM
MD
LG