Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 06:07

Bakı meriyası bayram günü konsertlər təşkil edəcək


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Martın 21-də Novruz bayramı günündə paytaxtda keçiriləcək bayram tədbirlərinə İçərişəhərin “Qoşa qala” qapısı önündəki meydanda start veriləcək.



Bu haqda Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Nailə Məmmədova məlumat verib.



Onun bildirdiyinə görə, həmin meydanda təxminən 4 saat davam edəcək bayram konserti olacaq.



Dənizkənarı bulvarda keçiriləcək tədbirdə Novruz bayramının simvolu olan Bahar qızı, Kosa və Keçəl paytaxt sakinlərinin bayramlarını təbrik edəcəklər.



Bayram tədbiri Milli Parkda gecə saatlarına qədər el gəzintisi ilə başa çatacaq.



Nailə Məmmədovanın sözlərinə görə, bu, yalnız Bakı şəhər İcra Hakimiyyətinin keçirdiyi tədbirlərdir. Bundan başqa paytaxtın rayon icra hakimiyyətləri də ayrıca tədbirlər təşkil edəcəklər.



Martın 20-də isə hər bir rayonda bayramla bağlı iməciliklər keçiriləcək.
XS
SM
MD
LG