Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:29

Müsavat, AXCP və ADP seçkilərdə birgə iştirak edəcək


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Üç müxalifət partiyası—Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyaları bu ilin payızında keçiriləcək parlament seçkilərində birgə iştirak edəcəklər.



Seçkiqabağı blokun yaranmasını bu partiyaların rəhbərləri bu gün elan etdilər. Blok parlament seçkilərinə vahid namizəd siyahısı ilə qatılacaq.



Demokrat partiyasının baş katibi Akif Şahbazov bildirdi ki, bu blok seçkilərin demokratik keçməsinə çalışacaq.



Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin fikrincə isə, yaranmış blok təkcə demokratik seçkilərin keçirilməsi üçün deyil. Bu blokla həm də hakimiyyətə alternativ yaratmaq istəyirlər.



Müsavat partiyasının başqanı İsa Qəmbər isə deyir ki, 2005-ci il Azərbaycanda demokratik dəyişikliklərin başlanğıc ili olacaq. Demokratik dəyişikliklərin bu il başa çatıb-çatmaması isə siyasi partiyalardan, vətəndaşların fəallığından və beynəlxalq birliyin mövqeyindən asılı olacaq.
XS
SM
MD
LG