Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:22

Türkiyə prezidenti Kürdüstan regionunun baş naziri ilə görüşəcək


Türkiyə prezidenti Abdulla Gülün İraqa iki günlük tarixi səfəri davam edir. Martın 24-ü Abdulla Gülün İraqın muxtar Kürdüstan regionunun baş naziri Neçirvan Bərzani ilə görüşəcəyi gözlənilir.

Martın 23-ü Türkiyə prezidenti İraq prezidenti Cəlal Təlabani ilə görüşü zamanı deyib ki, o, özü PKK-nın fəaliyyətinə qadağa qoymalıdır. PKK İraqı şimalından Türkiyənin cənub ərazilərinə hücum edir.

Abdulla Gülün Bağdada səfəri ərəfisndə isə Bağdadın şimal-şərqindəki Diyala əyalətində, daha çox kürdlərin yaşadığı Calavla şəhərində partlayış baş verib. Bomba partlayışında azı 20 adam həlak olub, 30-dan çox adam yaralanıb. Məlumatlara görə intiharçı özünü kürdlərin matəm mərasimi zamanı partladıb.
XS
SM
MD
LG