Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

14-24-ün bu günədək iş axtarıb, amma tapa bilməyən gənclərə müjdəsi var...


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Salam, 14-24-ün bu günədək iş axtarıb, amma tapa bilməyən gənclərə müjdəsi var. Siz Azərbaycan Universitetinin İşədüzəlmə Mərkəzinə müraciət etməklə istədiyiniz vakant iş yerlərinə düzələ bilərsiniz. Ən əsası isə heç bir pul ödəmədən. Mərkəz sizin haqqınızda məlumatı müvafiq işə götürən müəssisəyə və müəssisələrdəki vakant yerlər haqqında məlumatı isə sizə təqdim edir. Mərkəzin işçisi Lalə Xəlillinin verdiyi məlumata görə bu mərkəzə üzv olmaq üçün sadəcə mərkəzin daim təzələnən internet səhifəsində qeydiyyatdan keçmək və burada öz bioqrafik məlumatını yerləşdirmək lazımdır.

Mərkəzin elektron ünvanı isə belədir: www.career.au.edu.az

Mirəli Qaşqay 84 küçəsində yerləşən bu mərkəz təkcə işlə təmin etmir, həm də karyera planlaşdırılması, şirkətlərdə fərdi söhbətlərə və testlərə hazırlıq, bioqrafik məlumatları tərtib etmək və bir çox başqa mövzularda treninq və seminarlar keçirir.
XS
SM
MD
LG