Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:29

Jurnalist məhkəmədə cərimə ilə buraxılıb, ardınca yenidən həbs olunub


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Kürd mənşəli keçmiş Türkiyə vətəndaşı və jurnalist olduğunu bildirən Elif Pelinin məhkəmə prosesi martın 17-də başa çatdı.



Naxçıvan MR Şərur rayon Məhkəməsində keçirilən prosesdə Elif Pelin sərhəddi qanunsuz keçməkdə təqsirli bilinərək 2 min dollar məbləğində cərimə edildi və məhkəmə zalından azadlığa buraxıldı.



Prosesin gedişini Almaniya səfirliyi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri izləyirdi.



Elif Pelinin vəkili Namizəd Səfərovun bildirdiyinə görə, məhkəmə qərarı ilə azadlığa buraxılmasına baxmayaraq, müdafiə etdiyi şəxsi polis yenidən saxlayıb.



Vəkilin sözlərinə görə, Muxtar Respublika Daxili İşlər Nazirliyində olarkən ona bildiriblər ki, Elif Pelin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göstərişi ilə saxlanıb və martın 17-də Bakıya aparılacaq.



Yerli hüquq—mühafizə orqanlarından vəkilə onu da bildiriblər ki, Elif Pelin Daxili İşlər Nazirliyi ilə Türkiyənin İnterpolu arasında aparılan danışıqlardan sonra saxlanıb.



Elif Pelin 2004-cü il noyabrın 5-də sərhəddi qanunsuz keçdiyinə görə Şərur rayonunda saxlanılmışdı. Noyabrın 25-dən o, Bakıdakı Şüvalan təcridxanasında saxlanırdı. Ona qarşı Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə iş qaldırılmışdı.



Elif Pelinin bildirdiyinə görə, o, Almaniyada qaçqın statusu alıb və İraqda kürd problemləri ilə bağlı yazı hazırlayarkən sənədlərini itirib. Ona görə də sərhəddi qanunsuz keçməyə məcbur olub.
XS
SM
MD
LG