Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

MTN özünü “əl-Qaidə-Qafqaz” adlandıran qrupu ifşa edib


Səs: Real audio
“İnternetdə cinayətkarlıq artır” Onların məhkəməsi qapalı olub və Ağır Cinayətlərə Dair Məhkəmə fevralın 7-də onlara hökm çıxarandan 1 ay sonra - bu gün bu barədə məlumat açıqlanıb.



Məhkəmənin qərarı ilə 6 nəfər Azərbaycan vətəndaşı - Əmiraslan İsgəndərov, Əlirza Babayev, Zaur Əliyev, Abdulla Məhəmmədov, Rizvan Abdulqədirov və Hidayət Piriyev terror aktlarının hazırlanmasında, qanunsuz partlayıcı maddələr əldə etməkdə təqsirli bilinərək 3 ildən 14 ilə qədər azadlıqdan məhrum ediliblər.



İstintaq müəyyən edib ki, qrupun başçısı Əmiraslan İsgəndərov 1999-2003-cü illərdə Əfqanıstanda “əl-Qaidə” sıralarında döyüşüb, partlayıcı maddələr düzəltməyi öyrənib və insanların kütləvi qırılması üçün zəhərli maddələrin hazırlanması üsullarına yiyələnib. O, aldığı təlimatlara uyğun olaraq Azərbaycana qayıdıb pozuculuq işi ilə məşğul olub, azsaylı xalqların gəncləri arasında özünə tərəfdar toplamağa çalışıb. Azərbaycanda terror aktları planlaşdırıb dövlət quruluşunu dəyişmək istiqamətində iş aparıb.
XS
SM
MD
LG