Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:34

Amerika hökuməti özəl banklara yardım planını açıqladı


ABŞ-ın Maliyyə Naziri Timoti Geyzner martın 23-də ölkənin bank sisteminin böhrandan xilas edilməsi planını açıqlayıb.

Plana görə, Amerika Mərkəzi bankı özəl bankların zərərli borclarını almağa 100 milyard dollara qədər vəsait xərcləyəcək. Zərərli borclar deyəndə müştərilərin ödəyə bilmədiyi və sığorta şirkətlərinin də sığortalamaq istəmədiyi borclar nəzərdə tutulur.

Maliyyə naziri əmindir ki, bu addım dövriyyədə 500 milyarddan 1 trilyona qədər sərbəst pul kütləsi yaradacaq. Və vətəndaşların alıcılıq qabiliyyətini bərpa edəcək.

Amerika Mərkəzi Bankı borcların alınması üçün, Konqresin daha öncə ayırdığı 700 milyard dollarlıq yardım paketindən istifadə edəcək.

Amerika Prezidenti Barak Obama yeni planı çox vacib adlandırıb. Obamanın sözlərinə görə, bu plan düzgün istiqamətdə atılan addımdır.

Bu planı özəl sektor da məmnunluqla qarşılayıb. Plan açıqlanandan sonra dünya birjalarında Amerika şirkətlərinin səhmlərinin qiymətləri artmağa başlayıb.
XS
SM
MD
LG