Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 15:42

Gürcüstan müxalifəti Saakaşvilini terrorda ittiham eləyir


Gürcüstan Daxili İşlər Nazirliyi bəyan eləyib ki, bu gün qanunsuz avtomat saxlamaq ittihamıyla 10-a yaxın adamı, o cümlədən Vahid Gürcüstan-Demokratik Hərəkatının 7 üzvünü bu səhər həbs eləyiblər.

Müxalifətdə olan bu Hərəkatın sədri, parlamentin eks spikeri Nino Burcanadze isə həbslərlə bağlı deyib ki, "bu həbslər Saakaşvili hökumətinin müxalifətə qarşı terror kampaniyasına başlamasını göstərir".

Həbs olunanların arasında Vahid Gürcüstan-Demokratik Hərəkatının Acarıstandakı regional rəhbəri və Burcanadzenin ərinin sürücüsü də var.

Burcanadze bu həbslərin planlaşdırdıqları aksiyalarla bağlı olduğunu da əlavə eləyib.

Gürcüstan müxalifəti aprelin 9-dan başlayaraq Prezident Mixeil Saakaşvilinin istefası tələbiylə aksiyalara başlamağı planlaşdırırdılar. Müxalifət Saakaşvilini Gürcstanda demokratiya quruculuğu ilə bağlı verdiyi vədləri yerinə yetirməməkdə ittiham eləyir.

Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili isəı deyib ki, polis bu həbslərnən müxalifətin planlaşdırılan aksiyaları arasında heç bir bağlılıq görmür.

XS
SM
MD
LG