Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:42

Azərbaycan Q. Lenmarkerin məruzəsinə dəyişiklik edilməsinə çalışır


Səs: Real audio
Gənclər Rusiyada siyasi qüvvəyə çevrilir Martın 18-də Brüsseldə ATƏT rəsmiləri Azərbaycan və Ermənistan parlamentlərinin üzvləriylə görüşəcəklər.



Görüşdə ATƏT təmsilçisi Qoran Lenmarkerin Dağlıq Qarabağ üzrə hazırladığı məruzə müzakirə olunacaq.



Bu barədə Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov məlumat verib.



Eldar İbrahimovun sözlərinə görə, onlar çalışacaqlar ki, Avropa Şurasının Ermənistanı işğalçı ölkə kimi tanıması faktı Qoran Lenmarkerin hazırladığı məruzə layihəsində də öz əksini tapsın.



Həmin məruzə ATƏT-in iyulda keçirilməsi gözlənilən illik yığıncağında müzakirə ediləcək.



Eldar İbrahimov hesab edir ki, əgər Azərbaycan tərəfinin təklifləri məruzə layihəsində nəzərə alınsa, bu, ATƏT-in illik yığıncağında Ermənistanı işğalçı ölkə kimi tanıyan qətnamənin qəbul edilməsi prosesini sadələşdirəcək.
XS
SM
MD
LG