Səs: Real audio
Gənclər Rusiyada siyasi qüvvəyə çevrilir «Transparency International»ın illik hesabatında «Transparency Azerbaijan»ın rəhbəri Rəna Səfərəliyevanın məqaləsi yer alıb. Məqalədə Azərbaycan dövlətinin korrupsiyaya qarşı gördüyü işlərdən danışılır. Nail olunmuş uğurlar sırasında qanunvericilik bazasının yaradılması, qanunların qəbul olunması göstərilir. Ancaq icra mexanizmlərinin bu günə qədər tam şəkildə işləmədiyi bildirilir. «Transparency Azerbaijan»ın rəhbəri Rəna Səfərəliyeva deyir ki, öz məqaləsini bir il əvvəl yazıb, ancaq bu günün özündə də icra mexanizmləri zəifdir.
Milli Məclisin iqtisadi-siyasət komissiyasının sədr müavini Əli Əlirzayev də deyir ki, korrupsiyaya qarşı mübarizə icra mexanizminin işə düşməsindən asılıdır. Ancaq o ayrı-ayrı qanunların qəbulunu uğurlar siyahısına aid edir.
Əli Əlirzayev son vaxtlar açılan cinayətləri korrupsiyayla mübarizənin bəhrəsi sayır, ümid edir ki, gələcəkdə bu mübarizə güclənəcəcək.
Müstəqil iqtisadçı Azər Mehdiyev o qənaətdədir ki, qanunların qəbulu korrupsiyayla mübarizə demək deyil. Azər Mehdiyev deyir ki, qanunların işlənməsinə inanmaq üçün onun işlədiyini görmək lazımdır. Əhali bütün təbəqələrin qanun qarşısında bərabər olduğunu görməli, məhkəmələrin müstəqilliyi təmin olunmalıdır.