Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 12:19

Ukrayna qaz sistemini yenidən qurmağa 5.5 milyard avro istəyir


Ukraynanın baş naziri Yuliya Timoşenko martın 23-də Brüsseldə keçirilən toplantıda deyib ki, ölkənin qaz transit sektorunun yenidən qurulmasına 5.5 milyard avro tələb olunur.

Avropa Birliyinin qiymətləndirməsinə görə isə, yenidənqruma işlərinə bundan iki dəfə az- 2.5 milyard avro da kifayətdir.

Avropa Birliyi Ukraynaya qaz transit sistemini yenidən qurmağa yardım eləyəcək. Amma hələ ki, ediləcək maliyyə yardımım həcmi açıqlanmır.

Martın 23-də, Brüsseldə keçirilən ortaq toplantıda qərara alınıb ki, Ukrayna aldğı yardımın əvəzinə qaz transit sistemində islahatlar həyata keçirməlidir. Bu islahatlar 2011-ci ilin sonuna qədər başa çatmalıdır.

Toplantıda Avropa Birliyi, Ukrayna liderləri və Rusiyanın nümayəndələri də iştirak eləyirdilər. Ancaq yekun bəyannamə imzalanda Rusiya tərəfinin fikirləri nəzərə alınmayıb.
XS
SM
MD
LG