Səs: Real audio
“Nasistlər atom bombasının yaradılmasına yaxın idilər” Martın 15-də Milli Məclis İctimai Televiziyanın nəzarət orqanı olan Yayım Şurasının üzvlərini təsdiqlədi.
Millət vəkilləri ölkənin müxtəlif hökumət, qeyri-hökumət təşkilatlarından və birliklərindən namizədliyi irəli sürülmüş 27 nəfər arasından 9–nu seçdilər.
İctimai Televiziyanın Yayım Şurasının üzvləri bunlardır.
Aqil Dadaşov (Həmkarlar İttifaqları Konfederasiyası), Vaqif Abbasov (AMEA), Cahangir Məmmədli (Mətbuat Şurası), Natiq Şirinzadə (Sahibkarlar Şurası), Fuad Muradov (Gənclər təşkilatları), Zərifə Salahova (Qadın təşkilatları), Ağacan Abiyev (İdman federasiyaları), Salman Musayev (Dini təşkilatlar), Altay Zahidov (Yaradıcılıq təşkilatları).
Müzakirələrin gedişində müxalifətdən olan millət vəkilləri namizədlər haqqında ətraflı məlumat verilməsini, onların çıxış edərək televiziya barədə biliklərini nümayiş etdirmələrini istədilər.
Deputat Cəmil Həsənli dedi ki, “İctimai televiziya haqqında” qanun ciddi nöqsanlarla zəngindir. “Onunla ictimai TV yaratmaq mümkün deyil. Heç olmasa, Yayım Şurasının üzvlərini peşəkarlardan formalaşdırmaq lazımdır ki, bu televiziya cəmiyyətin maraqlarını təmin edə bilsin”.
Millət vəkili Sabir Rüstəmxanlı isə dini, idman, sahibkarlar və sair təşkilatların öz içlərindən namizəd vermələrindən narazılıq etdi.
“Bu təşkilatlar yaxşı olardı ki, özlərinin etibar etdikləri televiziya mütəxəssislərinin namizədliyini irəli sürəydilər”.
Vitse—spiker Ziyafət Əsgərov isə Yayım Şurasında peşəkarların olmasını vacib saymadığını bildirdi. O qeyd etdi ki, Şura üzvlərinin vəzifəsi yaradıcılıq işlərini həyata keçirmək deyil. Onlar yayıma nəzarət edəcəklər.