Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 01:31

Makedoniyada prezident seçkilərində ikinci tur keçiriləcək


Makedoniyada prezident və bələdiyyə seçkiləri bir il öncəki parlament seçkilərindən fərqli olaraq dinc keçirilib.

İqtidar partiyasının namizədi Georgi İvanov martın 22-də keçirilən seçkinin ilkin nəticələrinə görə 35 faizlə öndə gedir. Müxalifətin namizədi Lyubomir Frçkoski 20 faizlə ikincidir.

Demək olar ki, bütün səslərin sayılmasından sonra ortaya çıxan nəticəyə görə, iqtidar və müxalifətin namizədi aprelin 5-ində ikinci raundda yenidən yarışacaqlar.

Seçkilərdən öncə müxtəlif qurumalr bu seçkilərin Makedoniyanın Avropa Birliyi və NATO-ya üzv ola bilməsi üçün vacib olduğunu vurğulayırdılar.
XS
SM
MD
LG