Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16
Rubrikalar

İran Ermənistanın ərazisi ilə Ukraynaya qaz kəməri çəkəcək...


Səs: Real audio
Çeçen yaraqlılarının başında Səudiyyə terrorçusu durur İran Ermənistanın ərazisi ilə Ukraynaya qaz kəməri çəkəcək. Yaxın günlərdə Ermənistanın “Armrosqazprom” şirkəti tikintiyə başlamağı planlaşdırır. Hələlik İranın yardımı ilə Qacaran-Mehri xətti çəkiləcək, daha sonra xəttin Cermux rayonuna kimi uzadılması nəzərdə tutulub. Kəmərin tikintisi 250 milyon dollara yaxın qiymətləndirilir. Amma erməni ekspertlərinin açıqlamalarına əsasən bu kəmər az həcmli olduğundan gələcəkdə tranzit boru kimi istifadə oluna bilməz. İlkin hesablamalara əsasən İran – Ermənistan – Gürcüstan daha sonra isə Rusiya ərazisi ilə və yaxud Qara dənizin dibi ilə Ukraynaya qaz kəmərinin tikintisi tərəflərə 180 milyard dollara başa gələ bilər. Hələlik bu vəsaitin hansı mənbələrdən alınacağı bilinmir. Çünki misal üçün, təkcə Gürcüstanın enerji üzrə xarici borcları 4.5 milyard dollardı.



Rusiya isə MDB ölkələrinə ümumi iqtisadi humanitar məkanı yaratmağı təklif etməyə hazırlaşır. Bu haqda təklifin martın 18-də Belarusun Minsk şəhərində xarici işlər nazirlərinin görüşündə səslənəcəyə gözlənilir. MDB-də humanitar məkanın yaradılası haqda təklif Gürcüstan, Azərbaycan, Özbəkistan, Ukrayna və Moldovanı özündə birləşdirən GÜÖAM təşkilatının fəallaşmasında sonra Rusiya tərəfindən irəli sürülüb.



Azərbaycanda hər 100 nəfərdə cəmi 32 televizor var. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, dünyada hər yüz nəfərə düşən televizorların sayı 65, inkişaf etmiş ölkələrdə isə 80-dir. Azərtac agentliyinin məlumatına görə, nazirlik kompüter və İnternet sahəsində də yeni statistikanı açıqlayıb. Hazırda 100 nəfərə cəmi 1,5 kompüter düşür, halbuki dünya üzrə orta göstərici 1 nəfərə - 1 kompüterdi. İnternetdən istifadəyə görə də Azərbaycan dünyada ən sonuncu yerlərdən birini tutur.



Martın 14-də Milli Bankdan aldığımız məlumata görə, valyuta bazarında cüzi artım müşahidə olunub. İndi 1 ABŞ dolları 4879, 1 rusiya rublu 177, avro isə 6561 manatdı.
XS
SM
MD
LG