Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:25

İstintaq E. Hüseynovun qətliylə bağlı ekspertizalar keçirir


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətliylə bağlı kompleks ekspertizalar keçirilir.



Respublika Prokurorluğu Ağır Cinayətlərə dair İstintaq İdarəsinin prokuroru Eldar Məcidovun verdiyi məlumata görə, Elmar Hüseynovun əynindəki paltarın, bədənindən çıxarılmış iki güllənin, hadisə yerindən tapılmış tapança və gilizlərin ekspertizası təyin edilib.



Eldar Məcidov onu da bildirdi ki, Elmar Hüseynovun həyat yoldaşının dediyi əlamətlər əsasında fevralın 28-də evlərinə gələn Vüsal adlı şəxsin fotorobotu hazırlanıb. Fotorobota uyğun olan üç nəfər Vüsal adlı şəxs saxlanılıb. Onun tanınması üçün mərhumun həyat yoldaşına göstəriblər, amma o, evlərinə gələn şəxsin bunlardan heç biri olmadığını deyib.



Eldar Məcidovun sözlərinə görə, istintaq tədbirləri intensiv şəkildə davam etdirilir. Bütün versiyalar, o cümlədən Elmar Hüseynovun «Monitor»da yazdığı məqalələr üzərində də işlənir.



Elmar Hüseynovun ailəsinin vəkili Elton Quliyev də istintaqın bütün versiyalar üzərində işlədiyini bildirdi. Vəkilin fikrincə, jurnalistin yazıları üzərində xüsusi dayanılmalıdır.



İstintaq qrupunun məlumatına görə, Türkiyədən gəlmiş ekspertlər də yerli mütəxəssislərlə birlikdə işləyirlər.



«Monitor» jurnalının son sayı martın 12-də çapdan çıxıb. Jurnalın əməkdaşları bundan sonra «Monitor»un nəşrini dayandırıb başqa bir kütləvi informasiya vasitəsi təsis etmək niyyətindədirlər.
XS
SM
MD
LG