Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:03

Tokioda yük təyyarəsi qəzaya uğrayıb


Yaponiyada Tokio yaxınlığında yük təyyarəsi yerə enərkən qəzaya uğrayıb və yanıb. Hadisədə iki pilot həlak olub. Yaponiya televiziyalarından birinin yayımladığı video lent göstərir ki, təyyarə eniş zolağına zərbə ilə dəyib yanmağa başlayır.

Hadisə martın 23-ü Tokionun Narita beynəlxalq hava limanında baş verib. Hadisənin küləkli hava şəraitində olduğu deyilir, amma qəzanın səbəbinin külək olub olmaması hələlik məlum deyil.
XS
SM
MD
LG