Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:56

Daxili işlər nazirinin parlamentə çağırılması tələb olunur


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” “Daxili işlər naziri Milli Məclisə çağırılıb onun iştirakı ilə ölkədə baş verənlər müzakirə edilməlidir”.



Parlamentin martın 11-də keçirilən iclasında AXCP-dən olan millət vəkili Cəmil Həsənli belə dedi. O əlavə etdi ki, «bir həftə əvvəl «Monitor»un baş redaktoru Elmar Nüseynovun qətlə yetirilməsi, ondan əvvəl isə jurnalistlərin döyülməsi, yüksək vəzifəli məmurların həyat yoldaşlarının oğurlanmasına parlamentdə münasibət bildirilməlidir. Daxili İşlər Nazirliyində böyük biabırçılıqlar baş verir».



Cəmil Həsənli deyir ki, «son vaxtlar Azərbaycanda uşaq, qadın, ümumiyyətlə adam oğurluğu kütləvi hal alıb. Bununla bilavasitə vəzifəli şəxslərin məşğul olması daha böyük faciələrə gətirib çıxarır».



Millət vəkilinin fikrincə, bu, Azərbaycanda hakimiyyət orqanlarında təmsil olunan yüksək vəzifəli məmurların korrupsiyaya qurşanmalarının nəticəsidir. Bu korrupsiya vəziyyəti indiki həddə gətirib çıxardı. Ona görədir ki, Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin yüksək vəzifəli məmuru «bunker, silah anbarı saxlayır. Belə bir vəziyyətdə vətəndaşlar nesə azad gəzə bilərlər?»



Ana Vətən partiyasının sədri Fəzail Ağamalı isə deyir ki, bu hadisə hamını düşündürür. O, milli təhlükəsizlik nazirinin fəaliyyətini alqışladığını bildirdi və dedi ki, «Azərbaycanda kriminogen durum dövlət nəzarətindədir. Buna görə də narahat olmağa dəyməz».



Parlamentin spikeri Murtuz Ələsgərov isə əvvəl Milli Məclisdə belə bir müzakirəyə ehtiyac olmadığını bildirsə də, bəzi millət vəkillərinin müdaxiləsindən sonra buna qarşı çıxmadığını dedi.



Ancaq onun fikrincə, bu işdə tələsmək düzgün deyil.



«Gərək hüquq mühafizə orqanları işi başa çatdırsınlar, həmin adamların əli ilə kimlərin öldürüldüyü, oğurlandığı müəyyənləşsin, sonra lazım olsa, milli təhlükəsizlik nazirini dəvət edərik, gəlib danışar».



Murtuz Ələsgərov deyir ki, “bu hadisə dövlətə qarşı təxribatdır. Dövlət vəzifəsində çalışan adamların belə işlərlə məşğul olmasına heç cür dözmək olmaz. Yaxşı ki, MTN bunun qarşısını aldı”. Spikerin fikrinrcə, bundan sonra açılmayan cinayətlərin də üstü açılacaq.
XS
SM
MD
LG