Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:19

«Çeçen müqavimət hərəkatı radikallaşacaq»


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” İctimai Televiziyanın Yayım Şurasının üzvləri martın 15-də təsdiqlənəcək. «525-ci qəzet» yazır ki, parlamentin bu addımından sonra qısa müddətdə ictimai televiziyanın fəaliyyətə başlaması nəzərdə tutulur.



Azərbaycanın işğal olunmuş ərazilərində 20 min erməni yerləşdirilib. «Yeni Azərbaycan» qəzeti yazır ki, bu məlumat ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında öz əksini tapıb.



«Üç nöqtə» qəzeti «Azərbaycana NATO qüvvələri gələ bilər» məqaləsində yazır ki, neft və qaz kəmərlərinin təhlükəsizliyi məsələsi bunu zəruri edir.



«Gün səhər» qəzetinə müsahibəsində Aslan Məshədovun oğlu Anzor Məshədov deyib ki, atası təslim olmamaq üçün intihar edib. Və bu ölüm münaqişənin sülh perspektivini heçə endirib.



«Bakı Xəbər» qəzeti Avropa Şurası Parlament Assambleyasında Azərbaycandan olan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla müsahibə dərc edib. Parlamentari deyir ki, qısa bir müddətdə “siyasi məhbus” məsələsi həllini tapmalıdır və o, Avropa Şurasından gələn tələblərin yerinə yetirilməyəcəyini təsəvvür etmək belə istəmir.



«Müharibə başladı» sərlövhəli məqalədə «Xalq Cəbhəsi» qəzeti yazır ki, hələlik Ermənistan silahlı qüvvələri itkilər verir.



«Azərbaycan» qəzeti prezidentin xanımı Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən məqalə dərc edib. Qəzet yazır ki, indiyə qədər dövlətə rəhbərlik edən prezidentlərin xanımlarında onun qədər aktivlik müşahidə olunmamışdı.



«Ayna» qəzeti yazır ki, aprelin 1-dən elektrik enerjisinin qiyməti qalxa bilər. Məlumata görə, hələlik hökumət artımı 2, yoxsa 4 dəfə etmək barədə düşünür.



Partiyadaşları Qüdrət Həsənquliyevi partiyanın vəsaitlərini düzgün xərcləməməkdə ittiham edirlər. Bu barədə daha ətraflı «Exo» qəzeti yazır.



«Yeni Müsavat» qəzeti «Çeçen müqavimət hərəkatı radikallaşacaq» məqaləsində Bakıdakı çeçen icmasının rəhbəri Mairbek Taramova istinadən yazır ki, Məshədovun ölümündən sonra çeçen müharibəsi Qafqaz müharibəsinə çevriləcək.
XS
SM
MD
LG