Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:21

Səudiyyə iş adamları Bakıda dəmiryolu zavodu tikmək istəyir


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri zamanı Azərbaycana 10.4 milyon dolların ayrılması haqda qərar qəbul edilib.



Vəsait İslam İnkişaf Bankı tərəfindən Yevlax--Gəncə yolunun tikintisi üçün kredit şəklində ayrılır.



İlham Əliyev də martın 9-da Azərbaycandakı layihələrin maliyyələşməsi haqda danışıqlar aparmaq üçün Ciddə şəhərində bankın prezidenti Əhməd Məhəmməd Əli ilə görüşüb.



Əbu-Dabidəki Azərbaycan səfirliyindən aldığımız məlumata görə, prezident Ciddədə İslam Konfransı Təşkilatının baş katibi ilə də görüşüb və əməkdaşlıq məsələlərini müzakirə edib.



Səfər zamanı iki ölkə arasında investisiyaların qarşılıqlı qorunmasına dair sənəd imzalanıb. Digər sənəd Taxtakörpü keçidinin maliyyələşdirilməsi ilə bağlı olub.



Ciddə şəhərində keçirilən toplantıda səudiyyəli iş adamları Azərbaycanda bir neçə sahə ilə maraqlandıqlarını deyiblər. Bunların sırasında Bakıda dəmiryolu relsləri istehsal edən müəssisənin tikintisi də var. Səudiyyə Ərəbistanı ilə təhsil və səhiyyə sistemində də əməkdaşlıq haqda razılıq əldə olunub.



Martın 9-u gecə İlham Əliyev Məkkəni ziyarət edəcək. Daha sonra Mədinəyə gedəcək prezident oradan martın 10—da Azərbaycana qayıdacaq.
XS
SM
MD
LG