Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:18

“Məshədovun ölümü--sülhə olan ümidlərin sonu”


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” --“Velt”



Aslan Məshədovun ölümüylə Çeçenistan münaqişəsinin dinc həlli perspektivi ilə vidalaşmaq olar. Çünki Məshədov müzakirə aparılması mümkün olan sonuncu separatçı idi.



O, danışıqlara hazır idi. Amma “Məshədovla birlikdə Çeçenistan probleminin danışıqlar masası arxasında həlli imkanı da ölüb”.



--“Qardian”



Məshədov “müharibəni udan, amma sülhü uduzan” adam idi. O, 1994-96-cı illərdə birinci Çeçenistan müharibəsini udsa da, onun ardınca Çeçenistanda xaosun qarşısını ala bilməmişdi.



Məshədov dəfələrlə sülh danışıqlarına başlamağı təklif edib. Bu ilin əvvəlində o, danışıqların başlananacağı ümidi ilə atəşkəs elan etmişdi. Ancaq Kreml bu kimi təklifləri rədd edirdi, çünki Məshədova inanmırdı.



Kerml hesab edirdi ki, Məshədov “ikili oyun” oynayır—terror aktlarında iştirakını təkzib edir, amma bu zaman Şamil Basayevlə əməkdaşlıq edir.



Aslan Məshədovun adı BMT-nin terrorçular siyahısındaydı.



--“Uolt Strit Cournal”



Kreml Məshədovun ölümündən təbliğat məqsədilə istifadə edəcək. Prezident Putinin populyarlığı aşa düşür. Bunun səbəblərindən biri də onun çeçen müqavimətini qıra bilməməsidir.



Bununla belə, Məshədovun ölümü Kreml üçün başağrısına da çevrilə bilər. Onun qətli Şamil Basayev kimi radikal səhra komandirlərinin mövqeyini daha da gücləndirəcək.



Rusiya Elmlər Akademiyası sosiologiya institutundan Emil Pain deyir ki, “onlar lazım olan adamı öldürməyiblər. Yaxşı olardı ki, hamının terrorçu kimi tanıdığı Basayevi öldürəydilər. Məshədovun ölümü o deməkdir ki, yaxın gələcəkdə danışıqlar aparmaq şansı yoxdur”.



--“Krisçen Sayns Monitor”



Məshədovun ölümündən sonra rəhbərlik çox ehtimal ki, “terror aktlarının mühəndisi” Şamil Basayevə keçəcək.



Rusiyalı politoloq Vitali Naumkin düşünür ki, Məshədovun ölümü “balansı Basayevin xeyrinə dəyişəcək”. O deyir ki, “Basayev ən fəal terrorçu, amma həm də Çeçenistanda milli qəhrəman və çeçen qiyamçılarının quldur dəstələrinə başçılıq edə biləcək yeganə fiqurdur”.



Vitali Naumkinin sözlərinə görə, “Məshədovun məhvi tam qələbə demək deyil. Müharibə davam edəcək, ancaq hakimiyyət çeçen separatçı hərəkatının daha ekstremist qanadına keçəcək. İndi danışıqlara başlamaq daha çətin olacaq, çünki danışıqlarda tərəfdaş kimi çıxış edə biləcək Məshədov səviyyəsində şəxsiyyət artıq olmayacaq”.



--“Fiqaro”



Birinci Çeçenistan müharibəsi zamanı prezident Cövhər Dudayevin məhvi separatçıların partizan müharibəsini dayandırmadı. Məshədovu öldürməklə, ruslar yenə hədəfdən yayınıblar. İndi onlar kiminlə danışıqlar aparacaqlar? Radikal komandir Şamil Basayevlə?



Məshədovun xaricdəki emissarı Əhməd Zakayev xəbərdarlıq edir: “Müqavimət davam edəcək... Məshədov Çeçenistanda radikallığı az-çox cilovlaya bilən fiqur idi. O, münaqişənin qızışmasından qaçmağa çalışırdı... İndi Qafqaz və Çeçenistanda vəziyyət idarəolunmaz hala gələ bilər”.
XS
SM
MD
LG