Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

Azərbaycan “barıt çəlləyi”ndə oturub


Səs: Real audio
“Paytaxtın inşasında fəhlələr tələf olur” --“Frans Press”



Azərbaycanın baş nazirinin müavini ölkəsini təbii və texnogen fəlakətlər üçün “barıt çəlləyi” adlandırıb.



Böhranlı halların idarə olunmasına dair Fransanın Bakıdakı səfirliyi ilə birgə keçirilən seminarda baş nazirin müavini Abid Şərifov deyib ki, “hər kəs Azərbaycanın “barıt çəlləyi”ndə oturduğunu bilir".



“Azərbaycanın bütün ərazisi seysmik cəhətdən aktiv hesab olunur... bir çox zonalarda torpaq sürüşməsi təhlükəsi vardır və istənilən an fəlakət baş verə bilər”.



Sovet İttifaqının dağılmasından sonra “neft bumu” şəraitində paytaxt Bakıda çoxlu göydələnlər ucaldılıb. Lakin işin keyfiyyəti onların zəlzələ və yer sürüşmələrinə qarşı davamlılığını şübhə altına alır.



Azərbaycanda həm də qonşu Ermənistan tərəfdən terror hücumları təhlükəsi vardır.



“Belə bir qonşuyla biz daim terror hücumları təhlükəsindəyik”—deyə Abid Şərifov bildirib.



Respublika kimyəvi fəlakət üçün də hazırlıqsızdır. Abid Şərifov deyir ki, təbii hadisə və ya hücum halında “bizim ancaq qaz maskalarına gücümüz çatır”.



Hazırda Azərbaycanda fövqəladə hallarda xilastemə işlərini əlaqələndirəcək orqan yoxdur. Cənab Şərifov fövqəladə hallar nazirliyi və ya agentliyi yaratmağa çağırır.



--Müharibə və Sülh Məruzəsi İnstitutu



Ucsuz-bucaqsız çöllərdə Qazaxıstan paytaxtı Astana sürətlə gözəlləşir və inkişaf edir. Amma bu zaman tikinti meydançalarında getdikcə daha çox fəhlə xəsarət alır və tələf olur.



Bədən xəsarətləri və ölüm paytaxtın inşasında adi hala çevrilib. Yeni obyektlər son dərəcə sürətlə inşa olunur: adətən, tikinti işləri bir ilə başa çatdırılır. Amma qənaət və sürət dalınca qaçan inşaat şirkətləri çox vaxt elementar təhlükəsizlik tələblərinə əməl etmirlər.



Qazaxıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının sədri Leonid Solomin hesab edir ki, inşaatda işçilərin hüquqlarının pozulmasının əsl miqyası rəsmi rəqəmlərdəkindən daha böyükdür.



O, deyir:



“Fəhlələrin hüquqları daim və hər yerdə pozulur. Əmək müfəttişliyi bu gün bütün müəssisələri əhatə etmək iqtidarında deyil... ən acınacaqlısı isə fəhlələrin mütəşəkkil olmamasıdır. Onların hüquqlarını qoruyan yoxdur. Və sahibləri bundan sui-istifadə edirlər. Bu gün fəhlələrin çoxu öz hüquqlarını bilmir. Onlara bir tikə çörək lazımdır, ona görə də onlar bütün şərtlərlə, əslində isə köləliklə razılaşırlar”.



--“Eurasia View”



Əlverişsiz demoqrafik situasiya Ermənistanın iqtisadi dirçəliş perspektivinə kölgə salır. Ermənistan hökuməti doğum əmsalını artırmaq və iqtisadi miqrasiyanın qarşısını almaq üçün xüsusi proqram hazırlamalıdır.



Bu fikirlər BMT-nin Əhali Fondunun maliyyə dəstəyi ilə hazırlanan “Post—Sovet Ermənistanın Sosial Demoqrafik Problemləri” adlı hesabatda öz əksini tapıb.



Vətəndaşların ölkəni tərk etməsi SSRİ dağıldıqdan sonra Ermənistanda əhalinin kəskin azalmasında başlıca faktordur.



Bundan başqa, rəsmi statistikaya görə, əgər 1990-cı ildə ölkədə doğum əmsalı hər min nəfərə 16.3 idisə, 2001-ci ildə bu göstərici 2.7-ə enib.



2004-cü ilın sonlarında ATƏT-ə təqdim olunan başqa bir araşdırmada da bədbin proqnozlar verilir: əgər Ermənistanda demoqrafik tendensiya indiki şəkildə davam edərsə, ölkə əhalisi 2025-ci ilədək 2.66 milyona enə bilər. Bu da indiki 3.2 milyondan 15 faiz azdır.
XS
SM
MD
LG