Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 02:18

Novruz ərəfəsində “oktyabr məhbusları” əfv edilə bilər


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Avropa Şurasının “siyasi məhbuslar” siyahısında olanlar və 2003-cü ilin prezident seçkilərindən sonra həbs edilən müxalifətçilər əfv oluna bilər.



Əfv Komissiyasının üzvü Azay Quliyev deyir ki, komissiyanın növbəti fərmanla bağlı ilk iclası artıq keçirilib və sonrakı iclasda "siyasi" və “seçki" məhbusu adlandırılan şəxslərin məsələsinə baxılacaq.



Yeni əfv fərmanının nə qədər məhbusa aid ediləcəyi hələ dəqiqləşməyib. Amma ekspertlərin zənnincə, bu fərmanla beynəlxalq qurumların tələblərinə uyğun olaraq “siyasi məhbuslar” problemi həll ediləcək.



Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nüməyəndələri Gültəkin Hacıyevayla Səməd Seyidov da mətbuata açıqlamalarında bunun vacibliyini vurğulayıblar.



Onlar Assambleyanın apreldə keçiriləcək növbəti sessiyasına qədər bu problemi həll etmək lazım olduğunu bildiriblər.



Azay Quliyev isə əfv fərmanının çox qısa zamanda—Novruz Bayramı ərəfəsində veriləcəyini ehtimal edir.
XS
SM
MD
LG