Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:23
Rubrikalar

Bazar günü Moskvada bədii gimnastika üzrə beynəlxalq qran-pri turniri başa çatıb...


Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Bazar günü Moskvada bədii gimnastika üzrə beynəlxalq qran-pri turniri başa çatıb. Turnirdə Azərbaycanı təmsil edən yığmanın üzvləri Anna Qurbanova və Dinarə Gimatova uğurlu çıxış edib. Afina olimpiadasında Dinarə Gimatovanın əvəzinə Azərbaycanı təmsil edən və Moskvadakı yarışa müsabiqədənkənar qatılan Anna Qurbanova çoxnövçülükdə 56.55 xalla 3-cü yeri tutub. Dinarə Gimatova isə topla hərəkətlərdə 15 xal, lentlə rəqsdə isə 14.575 xal yığaraq iki bürünc medal qazanıb.

***

Qılıncoynatma üzrə Dünya Kubokunun London mərhələsində Azərbaycan idmançıları uğursuz çıxış edib. 3 xanım idmançıyla bu yarışa qatılan Azərbaycan yığmasından heç kəs ilk üçlükdə yer ala bilməyib. Yığmanın baş məşqçisi Yaşar Məmmədovun sözlərinə görə komandanın liderləri Yelena Jemayeva və Anjela Volkovanın bu yarışa qatıla bilməməsi üzündən yığma eksperimental heyətlə çıxış edib. 51 idmançı arasında Janna Muradqızı 10-cu olub, Səbinə Əmrahzadə və Aida Ələsgərova isə 19-20-ci yerləri bölüşüblər.

***

Tennis üzrə Devis Kubokunda 4-cü divizionda mübarizə aparan Azərbaycan yığması növbəti mövsüm də eyni dəstədə yarışacaq. Azərbaycan yığması Uqandada həftəsonu başa çatan qrup mərhələsində ilk iki yeri tuta bilmədiyindən növbəti divizona çıxa bilməyib. Andorra, Ruanda, Seneqal, Uqanda və Mavritaniya ilə eyni qrupda mübarizə aparan Azərbaycan tennisçiləri Uqandanı 2-1, Mavritaniyanı 3-0, Ruandanı isə 2-1 məğlub edib. Amma Andorraya 0-3, Seneqala isə 1-2 hesbıyla Azərbaycan yığması Andorra və Ruandanın ardınca qrupda 3-cü yeri tutub. Azərbaycanı builki Devis Kubokunda Tələt Rəhimov, Ramin Hacıyev, Fərid və Fəxrəddin Şirinov qardaşları təmsil edirdi.

***
XS
SM
MD
LG