Səs: Real audio
“Qərbi Ukraynada demokratiya yox, kəmər maraqlandırır” Neftin qiymətinin artımı ümümdünya Neft İxracatçıları ölkələri təşkilatını – OPEK-i də narahat etməyə başlayıb. Təşkilatın prezidenti Əhməd Əl-Sabah xam neftin bir barrelinin 50 dollardan yuxarı olmasını istəmədiklərini deyib. Dünya birjalarında isə qiymət hazırda 53 dollar yarımdı. Azərbaycan neftinin hər barrelinin qiyməti isə 53 dollardı. Yəni hər barreldən Azərbaycanın büdcəsi hazırda əlavə olaraq 28 dollar qazanır. Dövlət Neft Fondundan Azərtac agentliyinə verilən məlumata görə, qara qızılın qiymətinin artması nəzərə alınmadan belə bu il fondun neftdən gəliri 1.8 trilyon manat olacaq.
Bu həftə ərzində Avropa İttifaqı Azərbaycana 4,5 milyon avro ayıracaq. Avropa komissiyasının Ərzaq Təhlükəsizliyi Proqramı çərçivəsində veriləcək vəsait birbaşa dövlət büdcəsinə köçürüləcək. Əslində bu proqram üzrə vəsaitin 2002-ci ildə ayrılması nəzərdə tutulmuşdu. Amma Azərbaycan höküməti yalnız indi kənd təsərrüfatında, sosial-müdafiə və meliorasiya sahələrində götürdüyü öhdəlikləri yerinə yetirdiyinə görə, maliyyə proqramı üzrə 2-ci tranş ayrılıb. Assa-İrada agentliyinin məlumatına görə, proqramın ümümi məbləği 9,5 milyon avrodur. İndiki pul istifadə olunduqdan sonra Avropa Birliyi 2003-cü ildə ayrılması nəzərdə tutulan yardımı da verəcək. Ancaq bunun üçün də Azərbaycan höküməti bəzi islahatları həyata keçirməli və qanunları dəyişdirməlidir.
Martın 7-də Milli Bankdan aldığımız məlumata görə, bu gün valyuta məzənnələrində cüzi olsa da artım baş verib. İndi 1 ABŞ dolları 4885 manat, rusiya rublu, 176 manat, avro isə 6464 manatdı.