Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:46

İlham Əliyev Səudiyyə Ərəbistanına səfərə gedir


Səs: Real audio
Canlı söhbətdə iştirak edirlər: Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov və "Monitor" jurnalının redaktor müavini Eynulla Fətullayev Azərbaycan prezidenti İlham Əliyev martın 8-dən 10-a qədər Səudiyyə Ərəbistanında səfərdə olacaq.



Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin əməkdaşı Müqəddəs Payızovun verdiyi məlumata görə, İlham Əliyev kral və vəliəhdlə görüşəcək. Bundan başqa, səfər çərçivəsində bir sıra beynəlxalq qurumların, o cümlədən İslam İnkişaf Bankı və İslam Konfransı Təşkilatının rəhbərləri ilə də görüşlər planlaşdırılıb.



İlham Əliyev dünya müsəlmanlarının müqəddəs saydığı Məkkə və Mədinə şəhərlərini də ziyarət edəcək. Bu “ümra ziyarəti” adlanır.



Səfirlik əməkdaşı bildirir ki, “ümra ziyarəti” rəsmi səfər proqramına daxil deyil və Həcc ziyarəti dövrünə təsadüf etmədiyi üçün Azərbaycan prezidenti Hacı dini titulu da qazanmayacaq.



Səfər zamanı investisiyaların qarşılıqlı təşviqi, eləcə də iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlığa dair sazişlərin imzalanacağı gözlənilir.



Politoloq Rasim Musabəyov ölkə başçısının Səudiyyə Ərəbistanına səfərinin Azərbaycan üçün faydalı olacağını düşünür.



O, Səudiyyə Ərəbistanının ərəb dünyasında böyük nüfuza malik olduğunu və dünyada ən böyük neft ixracatçısı olduğunu xatırladaraq Azərbaycanın bu ölkə ilə əlaqələri genişləndirməkdən yalnız udacağını deyir.



Amma politoloqun fikrincə, bu səfər Azərbaycanın Qərbyönümlü siyasət xəttində hər hansı dəyişikliyə gətirib çıxarmayacaq.
XS
SM
MD
LG