Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:00

Sergey Lavrov Avropa Birliyini ittiham edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Birliyini tərəfdaşlıq təklif eləməklə 6 keçmiş Sovet respublikası üzərində nüfuz dairəsi yaratmaq istəməkdə ittiham edib.

Sergey Lavrov Brüsseldə keçirilmiş mətbuat konfransında deyib ki, Belarus da daxil olmaqla Şərqi Tərəfdaşlıq planı nüfuz dairəsi deməkdir.

Avropa Birliyi liderləri ötən cümə günü Şərqi Tərəfdaşlıq planı qəbul edib ki,bu birliyin Azərbaycan, Gürcüstan, Ermənistan,Ukrayna, Moldova və ola bilsin ki, Belarusa yardımı 600 milyon avro artırmasına imkan açır.

Söhbət bu ölkələrdə demokratik islahatlar aparılması və iqtisadiyyatın yaxşılaşdırılmasından gedir.
XS
SM
MD
LG