Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:15

Xarici İşlər Nazirliyi 18 mart referendumu ilə bağlı bəyanat yayıb


«Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi və bunun həyata keçirilmə qaydası Azərbaycan vətəndaşlarının daxili məsələsi olması ilə yanaşı, martın 18-də keçirilmiş Konstitusiya referendumu Azərbaycanın demokratik inkişafı üçün çox vacibdir».

Azərbaycan Xarici İşlər Nazirliyinin martın 20-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda bildirilir ki, Konstitusiya referendumu Azərbaycanın ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə tam uyğun şəkildə keçirilib.

«Referendum prosesi Azərbaycan vətəndaşlarının lazımınca məlumatlı olaraq qərar vermələrinə imkan yaradaraq, tam şəkildə azad və açıq olub. Hökumət azad və ədalətli səsvermə və səslərin sayılması, eləcə də səsvermə zamanı və sonra azad, şəffaf və çevik şikayət edilmə prosesi üçün şəraiti təmin edib. 47 mindən artıq yerli, eləcə də Avropa Şurası Parlament Assambleyasını, Müstəqil Dövlətlər Birliyini və bir sıra xarici ölkələri təmsil edən 177 beynəlxalq müşahidəçi referendumu müşahidə edib. 20 xarici kütləvi informasiya vasitəsi referendumu işıqlandırıb. Beynəlxalq müşahidəçilər səsvermə prosesinin şəffaf və yaxşı təşkil olunduğunu qeyd etməklə, referendumu müsbət dəyərləndiriblər», - deyə bəyanatda qeyd olunur.
XS
SM
MD
LG