Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:56

Əfqanıstanda 70-dən çox adam ölüb


Son 2 gün ərzində Əfqanıstanda getmiş silahlı toqquşmalarda 70-dən artıq adam ölüb.

Ölənlərdən 18-i polis,4-ü isə Kanada əsgəridir.

Ölkənin şimalındakı Cauzcan əyalətində talibançılarla döyüşdə 9 polis nəfəri ölüb.
Bu rayon Türkmənistan sərhəddinin yaxınlığında yerləşir.

Həmçinin Fərəh əyalətində talibançıların hücumu nəticəsində daha 9 polis nəfəri öldürülüb.

Ölkənin cənubunda-Gəndəhar əyalətində isə 4 Kanada əsgəri və 1 yerli tərcüməçi həlak olub, 8-əsgər isə yaralanıb.

Ölənlərin qalanları yaraqlılardır.
Beynəlxalq Kolaisiya qüvvələrinin məlumatına görə onlar iki gün ərzində Kunar, Loqar və Helmand əyalətində aparılmış əməliyyatlar zamanı öldürülüb.
XS
SM
MD
LG