Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:55
Rubrikalar

Bakıda keçirilən Avropa çempionatında təhlükəsizliyi 50 nəfər mühafizəçi qoruyacaq


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Martın 11-də Bakıda başlanacaq taekvondo üzrə gənclərin Avropa çempionatında rekord sayda – 396 idmançı iştirak edəcək. Bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev məlumat verib. İştirakçlar 36 ölkəni təmsil edəcəklər. Yalnız Ermənistandan olan idmançılarının turnirdə iştirakına icazə verilməyib. Martın 4-də Gənclər, İdman və Turizm Nazirliyində çempionatla bağlı son hazırlıq işləri müzakirə olunub. Yarışın təhlükəsizliyini 50 nəfər mühafizəçisi qoruyacaq.



Azərbaycanın qadınlardan ibarət otüstü xokkey üzrə milli komandası mayın 13-dən 16-can Hollandiyanın Denboş şəhərində keçiriləcək Avropa klub çempionatına hazırlıq mərhələsi çərçivəsində Bakıda Ukrayna milli yığma komandası ilə növbəti yoldaşlıq görüşünü keçirib. Bu oyunda komandalar sülhlə ayrılıblar - 5:5. Bundan əvvəlki görüşlərdə isə Azərbaycan komandası 3:1 və 4:1 hesabı ilə qalib gəlib. Ukraynalılarla sonuncu görüş martın 5-də keçiriləcək.



Bu gün futbol üzrə Azərbaycan çempionatının növbəti turunun oyunları keçirilib. «Ədliyyə» komandası «Bakılı» klubunu 1-0 hesabıyla məğlub edib. «Şəmkir» və «Gəncə» komandalarının oyununda isə heç-heçə qeydə alınıb – 1-1.
XS
SM
MD
LG