Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Azəri yatağından çıxarılan neftin ixracı başlandı. “BP” şirkətinin mətbuat xidmətindən aldığımız məlumata görə, yataqdan çıxarılan neft Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlancığı sayılan Səngəçal neft terminalına vurulmağa başlayıb. Amma kəmər hazır olmadığından neft ilk mərhələdə Bakı-Novorossiysk xətti ilə ixrac olunacaq. Bu proses iyuna qədər davam edəcək. Sonra BTC-nin işə düşməsi gözlənilir. Ümumiyyətlə isə BTC üçün Azəri, Çıraq və Günəşli yataqlarından 5,4 milyard barrel neftin çıxarılması gözlənilir.
Aprelin 22-də Kişinyovda keçiriləcək GUÖAM ölkələrinin toplantısında Azərbaycan neftini yeni kəmərlə ixracı təklif olunacaq. Praym-Tayms agentliyinin məlumatına görə, bu haqda razılıq Ukrayna və Polşa hökümət nümayəndələrinin görüşündə qəbul olunub. Azərbaycana təklif olunacaq layihədə söhbət Bakı-Supsa kəmərinin davamı olaraq Ukraynanın Odessa-Brodı, daha sonra isə Polşanın Ploçk-Qdansk kəmərlərindən istifadə edilsin. Təklifə əsasən Xəzər nefti yaxın illərdə GUÖAM ölkələrinin və Şərqi-Avropanın təhlükəsizlik mənbəyinə çevrilməlidir. Kişinyov sammitində bu haqda memorandumun imzalanacağı da gözlənilir.
Dünya bazarlarında neftin qiyməti son 4 ayda ən yüksək səviyyəyə 54 dollara çatıb. “Financial Times” qəzetinin verdiyi məlumata görə, dünya bazarlarında ən yüksək qiymət hər barrel qara qızıla ABŞ-ın birjalarında 53 dollar 57 sent verilirdi. Bu qiymət ötən ilki maksimumdan cəmi 1 sent aşağıdı. Ekspertlərin fikrincə, xam neftin və neft məhsullarının qiymətinin artımına Avropa və Şimali Amerikada bu il qeyri-adi soyuq hava şəraitinin davam etməsi səbəbkar olub. Dünya
bazarlarında Azərbaycanın “Azerlight” markalı neftinin qiyməti hazırda 51 dollar 14 sentdir.
Martın 4-də Milli Bankdan aldığımız məlumata görə, 1 ABŞ dolları 4884 manat, rubl isə 176 manat olub. Avronun məzənnəsinin bu həftə davam edən azalma meyli martın 4-də də davam edib və indi 1 avro 6399 manatdı.