Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:49

“Seçki Məcəlləsinin taleyi Strasburqda həll olunacaq”


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir «Azadlıq» qəzeti jurnalist Elmar Hüseynovun qətli ilə bağlı məqalə dərc edib. Bildirilir ki, martın 4-də keçiriləcək dəfn mərasimi Azərbaycan jurnalistlərinin etiraz aksiyasına çevrilməlidir.



Seçki Məcəlləsinin taleyi Strasburqda həll olunacaq. Bu haqda məqaləsində «525-ci qəzet» yazır ki, Prezident Aparatının şöbə müdiri Əli Həsənovun sözlərinə görə, qanunvericiliyə dəyişiklik edilib-edilməyəcəyi məsələsinə Venesiya Komissiyasındakı müzakirələrdən sonra aydınlıq gətiriləcək.



«Yeni Azərbaycan» yazır ki, prezident İlham Əliyev “Elmar Hüseynovun qətli Azərbaycanın demokratik inkişafına qəsddir” deyib.



«Ölkədə təxribatçı qüvvələr fəallaşıblar» başlıqlı yazıda «Xalq Cəbhəsi» qəzeti yazır ki, ictimai—siyasi vəziyyəti gərginləşdirmək və qəsdən qarşıdurma yaratmaq cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır.



«Azərbaycan» qəzetinın rəhbərliyi başda olmaqla hökumətə yaxın «Xalq», «Respublika» və «Bakinski Raboçiy» qəzetlərinin redaktorları Elmar Hüseynovun qətlinə münasibət bildibirlər. Bu haqda «Azərbaycan» qəzeti yazır ki, hadisə azad sözə və ölkənin demokratik nüfuzuna vurulan zərbə kimi dəyərləndirilib.



«Üç nöqtə» qəzeti yazır ki, ABŞ FTB-nin xüsusi agenti Elmar Hüseynovun qətli ilə bağlı istintaqa yardım edəcək.



«Kanada hökuməti vətəndaşlarına Azərbaycana gəlməməyi tövsiyə edir». «Bakı Xəbər» yazır ki, Kanada XİN-nin yaydığı məlumata görə, bu ölkədə insanlara qarşı zorakılıq və kriminal hadisələr istənilən an baş verə bilər.



«Ayna» qəzetinə açıqlamasında təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər deyib ki, Azərbaycan hökuməti NATO bazalarının öz ərazilərində yerləşdirilməsi haqda qərar verməkdən çəkinir.
XS
SM
MD
LG