Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 23:38

Federal Təhqiqatlar Bürosunun nümayəndəsi Bakıya gəlir


Səs: Real audio
Müxalifət dəfn mərasimini etiraz aksiyasına çevirmək niyyətindədir Martın 4-də Federal Təhqiqatlar Bürosunun nümayəndəsi Bakıya gəlir. Bu barədə məlumatı Mətbuat Şurasının üzvü Arif Əliyev verib.



“ABŞ səfirliyindən soruşduq ki, bəlkə, FTB nümayəndəsinin göndərilməsi üçün Azərbaycan hökumətinə bizim də müraciət etməyimizə ehtiyac var. Dedilər ki, yox, çünki artıq müraciət olunub və sabah təşkilatın nümayəndəsi Bakıda olacaq”.



Arif Əliyev deyir ki, müraciətin hansı dövlət orqanı tərəfindən edildiyinə dair hələlik məlumat verilmir.



Prezident İlham Əliyev «Monitor»un redaktorunun qətli ilə bağlı məsələyə münasibət bildirəndə demişdi ki, Azərbaycan hökuməti cinayət işinin təhqiqatını daha dəqiq aparmaq üçün beynəlxalq təşkilatlar və digər dövlətlərin imkanlarından da istifadə edəcək.
XS
SM
MD
LG