Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 02:12

Təbriz Ekspresdə bu həfte:<br>- Tehranda Ana Dili qurultayı<br>- Əbulfaz Paşaoğlu: Brenda Şefferin İran Azərbaycanı haqqında əsəri


Səs: Real audio
Gürcüstan Avropa və Amerikadan kömək istəyir Azərbaycan hökməti Seçki Məcəlləsinə düzəlişlərlə bağlı ATƏT-in Demokratik Təssisatlar və İnsan Haqları Bürosu və Avropa Şurasının Hüquqi Vasitələrlə Demokratiyaya Doğru komissiyasıyla danışıqlar aparır. Müzakirələr əsasən prezident seçkilərindən sonra ATƏT-in Demokratik Təssisatlar və İnsan Haqları Bürosu ilə Avropa Şurasının sözü gedən komissiyasının Azərbaycana göndərdiyi tövsiyyələr üzərində gedir. Həmin tövsiyyələrdə seçki komissiyalarının yenidən formalaşmasından və bütün namizədlərə bərabər şəraitin yaradılmasından bəhs edilirdi. Hüquqi Vasitələrlə Demokratiyaya Doğru (Venesiya) komissiyasının əməkdaşı Sergey Kuznetsovun sözlərinə görə martın 1-də Prezident Aparatının Qanunvericilik və Hüqüq Ekspertizası şöbəsinin müdri Şahin Əliyev və Milli Məclis katibliyinin rəhbəri Səfa Mirzəyevlə aparılan danışıqlarda belə razılıq əldə edilib ki, bu ayın axırlarına qədər Azərbaycan hakimiyyəti onlara öz təkliflərini verməlidir.

Prezident Aparatında İctima-Siyasi şöbənin müdrü Əli Həsənov deyir ki, məcəlləyə düzəlişlərin olub-olmaması müzakirələr zamanı bəlli olacaq.

Azərbaycanda hələ ki, müxalifət konkret təkliflərlə çıxış edir. Bir gün əvvəl müxalifət adından təkliflər layihəsini parlamentə təqdim edən AXCP İslahatçılar tərəfində Ali Məclisinin sədri Qulamhüseyin Əlibəyli deyir ki, onlar da əsasən seçki komissiyalarının yenidən fomalaşdırılmasını zəruri sayıllar. Müxalifət hesab edir ki, bütün komissiyalar paritet əsasda formalaşdırılmalıdır.

Hakim Yeni Azərbaycan partiyasından olan millət vəkili Mübariz Qurbanlı isə komissiyyaların paritet əsasda formalaşmasını mümkün saymır. Mübariz Qurbanlı qeyd edir ki, son illər keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası mütləq üstünlük əldə edib. Odur ki, komissiyyalar müxalifətin və ya Venesiya Komissiyasının istəyi ilə yox real əsaslarla təşkil edilməlidir.

Müxalifətə görə əslində indiyə qədər Seçki Məcəlləsinə dəyşikliklər edilib, başa çatmalıydı. Qulamhüseyin Əlibəyli Seçki Məcəlləsinə düzəlişlərin yubadılmasını hakimiyyətin ənənəvi taktikası adlandırır. Onun sözlərinə görə, bunda məqsəd müxalifətin seçkiyə yaxşı hazırlaşmasına imkan verməməkdir.

Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli də hesab edir ki, məcəlləyə seçkiyə bir il əvvəl düzəliş etməklə, bir neçə ay qalmış düzəliş etməyin çox böyük fərqi var. İkinci halda cəmiyyət yeni məcəlləylə keçirlən seçkidə iştiraka hazır olmur. Hakimiyyət də bundan seçkidə üstünlük əldə etmək üçün istifadə edir.

Şirzad Məmmədlinin sözlərinə görə, nə qədər ki, seçkilərin azad və ədalətli keçirilməsi üçün bütün qüvvələri qane edən texnologiya hazırlanmayıb, bu problem mövcud olacaq. Çox təssüf ki, Azərbaycanda hakim qüvvələr hələ ki, bu problemin tam aradan qaldırılmasında maraqlı görünmürlər.
XS
SM
MD
LG